Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Güllə kürəyinə dəydi, öskürəndə boğazından çıxdı... - Müharibə ağxalatlıları - Video

Xəbər verdiyimiz kimi, 44 günlük Vətən müharibəsində ön və arxa cəbhədə əzmlə mübarizə aparan tibb işçilərinə ithaf olunan film çəkilib

"Görünməyən qəhrəmanlar: Ağxalatlılar" adlanan sənədli filmin qəhrəmanları real həyatda Vətən müharibəsində əsgər və hərbçilərə xidmət göstərmiş tibb personalıdır.

Onlar müharibə zamanı yaşadıqları, gördükləri hadisələr barədə danışıb, həmin dəhşətli anları dilə gətiriblər.

Rentgenoloq Saclı Məmmədova: "Elə xəstə olurdu ki, ayaqda dura bilmirdi. Bir neçə nəfərin köməkliyi ilə rentgen stoluna çıxardılırdı. Mən arxada monitordan onları rentgenoloji müayinədən keçirirdim".

Ümumi cərrah Elman Tağıyev: "Bir dəfə əsgərlərdən biri kürəyindən güllə ilə vurulmuş vəziyyətdə gətirildi. Güllənin giriş dəliyi var, amma çıxış dəliyi yox idi. Rentgendə gördük ki, mərmi yoxdur. Əsgər mənə dedi, həkim siz nə axtarırsınız? Dedim gülləni axtarırıq. Əlini açıb, gülləni göstərdi. Güllə mənə dəyəndə boğazımda ağırlıq hiss etdim. Öskürdüm, gəldi ağzımdan düşdü, dedi". (Milli.Az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar