Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülhanə xəstəxanasında dünyasını dəyişən tələbə Salyanda torpağa tapşırıldı

Cənazə boyuk izdihamın müşaiyəti ilə son mənzilə yola salınıb

Ötən gün Türkiyədəki Gülhanə xəstəxanasında ağır xəstəlikdən dünyasını dəyişmiş APU-nin 1-ci kurs tələbəsi Məhəmməd Qurbanovun cənazəsi bu gün Salyan rayonunda torpağa tapşırılıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, izdihamlı dəfn mərasimində rayon ictimaiyyəti ilə yanaşı mərhumun Dövlət Sərhəd Xidmətində qulluq edən atasının zabit yoldaşları da iştirak ediblər.

Xatırladaq ki, 18 yaşlı Məhəmməd Qurbanov qəfil ağırlaşmış leykoz xəstəliyindən əziyyət çəkdiyi üçün ötən ilin noyabr ayında Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına yerləşdirilmişdi.

Virtualaz.org

***

16:47 (27.04.2019)

Bu gün səhər saatlarında Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinin tələbəsi, 18 yaşlı Məhəmməd Zahid oğlu Qurbanov bir müddət əvvəl ağır vəziyyətdə yerləşdirildiyi Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasının hospitalında dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, ötən ilin sentyabr ayında Məhəmməd Qurbanovda qəfil ağırlaşmış leykoz xəstəliyi aşkar olumuşdu. Həkim konsilumunun gəldiyi nəticəyə görə, Məhəmmədin müalicəsinin yalnız Türkiyədə mümkün olduğu bildirilmişdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın köməkliyi ilə ağır xəstəliyə düçar olmuş tələbə ötən ilin noyabr ayında Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına yerləşdirilmişdi.

Məhəmmədin atası Zahid Məmmədov polkovnik-leytenant rütbəsində hərbçidir. Məhəmməd hazırda Salyan rayonunda yaşayan 73 yaşlı babasının adını daşıyırdı. Mərhumun cənazəsinin valideynlərinin müşayəti ilə yaxın saatlarda Bakıya gətiriləcəyi deyilir.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar