Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güləş üzrə Azərbaycanın ilk dünya çempionu dəfn edildi

Sentyabrın 3-ü gecə saatlarında koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun sabiq prezidenti Aydın İbrahimov dəfn olunub.

O, Bakıdakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının rəsmi şəxsləri iştirak edib.

Qeyd edək ki, Aydın İbrahimov 1963-cü ildə İsveçin Helsinqborq şəhərində sərbəst güləş üzrə dünya çempionu olub. O, Azərbaycanın dünya çempionatında qızıl qazanan ilk idmançısı olub. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib çıxıb. Daha sonra 1966-cı ildə Almaniyanın Karlsrue şəhərində Avropa çempionu adına yiyələnib. Nailiyyətlərinə görə SSRİ-nin Əməkdar idman ustası, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünyada güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.

Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar