Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gül və Davudoğlu Ərdoğanın xarizmasını yenə biləcəkmi?

Türkiyədə yeni partiya yaranır - AK Partiyadan və CHP-dən 50 deputat yeni partiyaya qoşulmağa hazırdır...

“Haberler.com” saytı, Türkiyə, 7 mart 2019-cu il

Abdullah GülƏhməd Davudoğlu liderliyində yeni partiyanın formalaşdırılması Türkiyə gündəminin əsas mövzularından birinə çevrilib. Jurnalist Nuray Başaran yeni partiya üçün millət vəkillərinin görüşüldüyünü, CHP və AK (Ədalət və İnkişaf Partiyası) Partiyasından da yeni partiyaya keçidlərin olacağını bildirib. Başaran həmçinin 50 millət vəkilinin yeni partiyaya keçməyə hazır olduğunu iddia edib.

Nuray Başaran TV5 kanalında yayımlanan “Kulis Ankara” verilişində Mustafa Yılmazın suallarına cavab verib.

Başaranın yeni partiya ilə bağlı aşağıdakı məlumatları verib.

AK Partiya qurulduğu gündən etibarən içində bir qaynama var. Diqqət etsəniz, o vaxtlarda Cəmil Çiçək Qrupu, Əbdülqədir Aksu qrupu...Onun bu qədər millət vəkili var, bunun bu qədər deputata sözü keçir,.. sabah ayrılırlar, 10 nəfər, 15 nəfər... filan...

Kulislərdə həmişə bu müzakirələr olurdu, amma gizli, səssiz danışılırdı və bir müddətdən sonra söhbət bağlanırdı. AK Partiyada da heç bir parçalanma, qopma olmurdu. Tayyib bəy həmişə bir bütün olaraq, onları toplayıb, idarə etməyi bacardı. Lakin son illər iqtidarın 16 illik yorğunluğu fonunda daxili qarşıdurmalar, tələblərin bəzən yerinə yetirilib, bəzən də yerinə yetirilməməsindən dolayı yaranan incikliklər, mübahisələr getdikcə artıb.

Yeni partiyaya qoşulmağa 50 millət vəkili hazırdır

Bizə əvvəllər “tet-a-tet” adlanan bir söhbətlərdə “bunları yazmayın”, deyilirdi. Deyilənləri yazmasaq da bizim baş verənlərdən informasiyamız olurdu... Ancaq indi Aydın Ünal (Ərdoğanın ən yaxın adamlarından biri) bu barədə ictimaiyyətə açıq mesajlar ötürür, detalları yazır. Artıq AK Partiya daxilində baş verənlər bütünlüklə ictimailəşir. 2-3 nəfərlik qruplar arasında deyil, 15-20 nəfərlik qruplar arasında bu məsələnin müzakirəsi gedir. Bütün bunlara görə düşünürəm ki, bir müddətdir AK Partiyanın daxilində bir hərəkətin başlayıb.

Uzun müddət öncə insanlar Abdullah Gülə ümid bağladılar. Abdullah Güldən bir addım atmasını gözlədilər. Abdullah bəy isə çıxıram, çıxdım, bilmirəm yəni... deyərək hərəkətə keçmədi. Bunu kənardan görünən qədəriylə deyirəm. Bu baxımdan Tayyib bəyin xəbərdarlıqları da fərqli nəticə verdi. Bilirsiniz ki, Türkiyə də “Baş qərargah rəisinin yanına gedin” deyə qeybət etdi.

İndiki müdafiə nazirimiz bunları yaşatdı və Abdullah bəy ilə birlikdə geri çəkildi. Ən azından geri çəkildiyi göründü. Bu arada isə ortaya yeni partiya çıxdı. Bəlkə də İYİ Partiya yeni bir partiya olaraq, indi formalaşan partiyanın yaranmasına və ya yaranmasının birmüddətlik təxirə salınmasına səbəb oldu.

Ancaq İYİ Partiya Türkiyənin gözləntisini qarşılamadığı, yəni yetərincə mərkəzdə güc formalaşdıra bilmədiyi üçün, Türkiyənin ehtiyacı nəzərə alınaraq bu dəfə AK Partiyadan bir qisim və ya narahat olan bir qrup Abdullah Gülü heç gözləmədən hərəkətə keçdi. Müşahidələrə əsasən, bu hərəkətin başında sabiq baş nazir Əhməd Davudoğlu durur və bunu açıq şəkildə müzakirə etməkdən çəkinmirlər.

Ən azından belə bir partiya hazırlığının olduğuna yox demirlər. Qrupda adı çəkilən həmin şəxslərlə ünsiyyətdə olarkən 31 mart seçkilərinin bitməsini gözlədiklərini də təsdiq edirlər.

CHP-dən də yeni partiyaya qatılanlar olacaq

Ortada ciddi bir qrup var, yəni Əli Babacan, Əhməd Davudoğlu, Mehmet Şimşək, Səlcuq Özdağ kimi... Onlar ayrı deyil, birlikdə hərəkət edirlər. Bu şəxslər birlikdə ilk dəfədir ki, “bəli, yeni partiya qururuq” deyirlər. Tayyib bəyi də bilirsiniz, əgər ortada ciddi bir şey olmasaydı, mitinqlərdə, meydanlarda onları hədəf almazdı. Deməli, ona bəzi məlumatlar çatdığına görə meydanlardan cavab verir, mesajlar ötürür.

Əgər belə bir ciddiyyət mövcud olmasaydı, gündəmi niyə bu qədər məşğul edirdi? Bundan başqa müzakirə zamanı “Bəli, belə bir hazırlığımız var. 31 mart seçkilərini gözləyirik. Seçim öncəsi bu barədə çox danışmaq istəmirik. Martın sonunda yeni bir Türkiyə bəyannaməsi ortaya çıxacaq”, deyilməzdi.

Aprel ayında yeni partiyanın bəyannaməsini təqdim edəcəklər

CHP-dən bildirilir ki, aprelin 1-i, 31 mart seçkilərindən sonra yeni partiyanın mərkəzi qərargahında toplaşacaqlar. Yəni, toplantıda sadəcə AK Partiya içindən deyil, CHP-dən də iştirak edənlər olacaq. Hətta bəzi millət vəkilləri ilə görüşlər də keçirilib. CHP-li bəzi millət vəkillərinin də ayrılıb, yeni partiyaya keçəcəyi bildirilir. Yəni, yeni partiya AK Partiyadan da, CHP-dən də millət vəkilləri ilə formalaşacaq. Hər iki partiya ilə birlikdə 50-55 nəfər millət vəkilinin yeni partiyaya qoşulacağından bəhs edilir ki, bu da yeni partiyanın yaranması üçün kifayət edir.

Bəlkə də 1 aprel bəyannaməsindən sonra bu qrup senytabr ayında rəsmən partiyalaşacaq. Bunda elə bir problem görünmür. Əgər sözügedən millət vəkillərinin sayı həqiqətdirsə, heç bir sıxıntının olmayacağını düşünürəm.

Onlar İYİ partiyasından millət vəkillərini transfer etməyəcəklərini deyirlər. Hal-hazırda yeni partiya ilə bağlı böyük tələbin və marağın olduğunu bildirirlər. Mən onların dediklərini deyirəm. Yeni qrupda olanlarla müzakirələrimi çatdırıram. Seçimdən sonra bəyannamə təqdim edəcəklər. CHP-dən və AK partiyadan bəzi millət vəkillərinin müraciət etdiklərini və onların da partiyaya qatılacağını qeyd edirlər.

Hətta 50-55 millət vəkilindən söhbət gedir. Mən yeni personal ilə olan söhbətimdə dedim ki, onların içərisində FETO-nun siyasi ayağının ola biləcəyindən də danışılır.

Yəni, Türkiyənin şərtlərinə görə hökümət “xəyanət” ittihamı ilə bir əməliyyat keçirərsə nə olacaq? Təbii ki, biz prokuror və ya hakim deyilik, amma kimin FETÖ-ya yaxın olub-olmadığını hər kəs bilir. Belə bir şəraitdə bundan qorxub-qorxmamaqları ilə bağlı verdiyim suala “Qorxmuruq, bizi həbs də edə bilərlər”, deyə cavab verdilər. Yəni, çox cəsurdular...

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar