Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü külək və leysan Göyçay və İsmayıllıda fəsadlar törədib

Sel suları kəndlərdə ciddi fəsadlar törədib

Ötən gecə Göyçayİsmayıllı rayonlarına yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları kəndlərdə ciddi fəsadlar törədib.

ONA-nın yerli bürosunun xəbərinə görə, bir neçə saat yağan güclü yağışdan sonra dağlardan gələn sel suları rayon mərkəzini və kəndləri basıb.

Təbii fəlakət nəticəsində kəndlərdə evlərin zirzəmilərinə, həyətyanı sahələrə su və lil dolub. Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Sel vətəndaşlara məxsus ev quşlarını tələf edib, tərəvəz və bostan sahələrinə ziyan vurub.

Güclü külək Göyçayİsmayıllıda evlərin dam örtüyünə, meyvə ağaclarına da zərər vurub. İri gövdəli ağacların aşması nəticəsində elektrik naqilləri qırılıb, gecə saat 23:00 radələrində İsmayıllıGöyçay şəhərlərinə, kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Hazırda əhalinin enerji ilə təmin edilməsi, küçələrə və həyətyanı sahələrə aşan ağacların götürülməsi üçün tədbirlər görülür. İsmayıllı şəhər məzarlığında iri gövdəli ağacın aşması nəticəsində 10-a yaxın qəbir daşı dağılıb.

Leysan yağışlarından sonra Göyçay, Girdimançay, Ağsuçay, Vəndamçay, Pirsaatçay çaylarında da suyun səviyyəsi xeyli qalxıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar