Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclənən Rusiya-Çin münasibətləri və çox qütblü dünya...

Bu gün Çin ilə olan ticarət müharibəsi, Rusiya ilə NATO üzərindən soyuq müharibə günlərini geridə qoyan hərbi əməliyyatlar və sanksiyalar tətbiq edən ABŞ-da maliyyə, silah və enerji lobbiləri gərginliyin daha da artmasını istəyirlər...

Cem Gürdeniz

“Aydınlık” qəzeti, Türkiyə, 9 iyun 2019-cu il

Birinci Dünya müharibəsi kömürdən neftə keçən sənaye nəhənglərinin yeni mənbə və bazar axtarışı yolundakı bir rəqabət idi. Bu, kapitalistlərin müharibəsi idi və müharibənin taleyini Avrasiya müəyyən etmişdi. Lakin bu prosesə təsir edən ən önəmli 2 hadisə dənizdə baş vermişdi.

Birincisi Çanaqqala boğazının zəbt olunmaması nəticəsində müharibənin 2 il daha uzanması idi. Bu hadisə Rusiya inqilabına təkan vermiş və Rusiya kapitalist sistemdən sosialist dünyaya keçərək tarixdə yeni bir mərhələnin əsasını qoymuşdu.

İkinci hadisə isə Avrasiyadakı prosesə yeni bir dəniz qüvvəsinin daxil olması nəticəsində baş vermişdi. Müharibənin uzanmasına tab gətirə bilməyən İngiltərəyə ABŞ yardım göstərmiş və nəticədə, ABŞ ilk dəfə Avrasiyada aktiv bir oyunçu olmuşdu. Lakin ABŞ müharibədə verdiyi itkilərin əvəzini çıxara bilməmişdi.

21 il sonra baş verən II Dünya müharibəsinin əsas səbəbi yenə də Avrasiya idi. Bu dəfə müharibənin əsas aktyorları kapitalist, faşist və sosialist qütblər idi.

ABŞ-ın da müharibəyə daxil olması ilə tarixdə ilk dəfə Sakit Okean cəbhəsi dünya müharibəsinin əsas cəbhəsi olmuşdu. Müharibənin gedişatını isə sovetlərin qurudakı mübarizəsi və Şimali Afrika cəbhəsi dəyişdirmişdi. Müharibə Avrasiyanın qərbdən Normandiya əməliyyatı və şərqdən Yaponiyaya nüvə silahları göndərilməsi ilə başa çatmışdı. Beləliklə də, 3 faşist dövlət - Almaniya, İtaliya və Yaponiya rejimləri tarixdən silinmişdi.

Avrasiyanın önəmi

Müharibənin sonunda dənizlərdəki tək qütblü mövqe İngiltərədən ABŞ donanmasına ötürülmüşdü. Lakin quruda eyni nəticə alınmayıb. Müharibədə 26 milyon itki verən və 1949-cu ildə nüvə silahına sahib olan Sovet İttifaqı Avrasiyanın növbəti əsas qüvvəsi olmuşdu. Beləliklə, qlobal sistem 1946-cı ildən 1989-cu ilə qədər 2 qütblü formada olmuşdu.

Truman doktrinasının elan edilməsi (12 mart 1947) və ardınca NATO-nun qurulması (4 aprel 1949) ilə ABŞ geri çəkilərək Avrasiyanın qərbinə yerləşməyə başlamışdı. Bu sistem dünyaya nisbi sabitlik gətirmişdi. Ən azından qarşılıqlı olaraq balans və nəzarət mexanizminə görə hər iki tərəf bir-birinin gücünü sınamaq və dünya müharibəsi başlatmaq əvəzinə, vəkilləri vasitəsilə təsir sahələrini genişləndirməyə çalışırdılar. Sistem xaricinə çıxanlar üçün edilən müdaxilələrə də göz yumurdular (Macarıstan, Çexoslovakiya, Orta və Cənubi Amerika, Orta Şərq və s.).

Bu dönəmdə sistemdən kənar olan ən vacib hadisə, şübhəsiz ki, böyük hidrokarbon qaynağı olan Orta Şərqlə sərhəd olan, Aralıq dənizi və Qırmızı dənizdə sahilləri olan İsrail dövlətinin qurulması idi (14 may 1948). Beləcə, ABŞ Orta Şərqdəki strateji əhəmiyyət daşıyaraq bu günə qədər hər sahədə aktiv olan İsrail-ABŞ geosiyasi ortaqlığının əsasını qoymuş oldu. Bu ortaqlıq Avrasiyada ən azı NATO qədər təsirli oldu, lakin bölgəyə sülh gətirə bilmədi.

Soyuq müharibənin sonu

Soyuq müharibənin bitməsinə səbəb olan 2 əsas geosiyasi hadisə - İran inqilabı (1979) və Sovet Hökumətinin Əfqanıstanı işğal etməsi (1980) idi. 1 il fərqlə Avrasiyada geosiyasi xəritənin və balansın ABŞ əleyhinə kökündən dəyişməsi soyuq müharibənin sonunu gətirəcək prosesə təkan verdi. Bu da yeni dönəmdə tək qütblü dünya sistemi ortaya çıxardı. Lakin manifest qanlı oldu. Necə ki, II Dünya müharibəsindən sonra Yaponiyaya atılan bombalar təkcə yapon rejimini deyil, əsas olaraq Sovet İttifaqı, İngiltərə, Fransa və digər dövlətləri hədəf almışdı.

1990-cı ildə Küveyt İraq tərəfindən işğal olunmuşdu. Buna görə də, 17 yanvar 1991-ci ildə Bağdadda CNN-dən birbaşa olaraq yayımlanan “Tomahawk” hücumları Küveyti xilas etmək kampaniyası çərçivəsində elan edilmişdi. Bu böyük hərbi uğur, demək olar ki, Amerikanın qanı tökülmədən qazanılmışdı.

Tarixin son axmaqlığı

Artıq liberal kapitalist sistem “tarixin sonu”nu gətirəcək həddə çatmışdı. Bir ovuc nəhəng firmanın maraqları qloballaşma və demokratiya adı altında dünyan iqtisadiyyatına və geosiyasətinə təsir edirdi və bu yolda milli dövlətləri dağıtmaq, kiçiltmək və ya bölmək üçün hər şey edilirdi. Bu dönəmdə gərginliyin ən pik həddi 11 sentyabr 2001-ci ildə hadisəsindən sonra ortaya çıxdı. Bütün xəritələr və rejimlər vəhşicəsinə dəyişdirildi.

Qarşısıalınmaz zəifləmə dönəmi

Lakin heç bir yüksəliş sona qədər davam etmir.

Əvvəlcə 2008-ci ildə “Wall Street”və 8 avqust 2008-ci ildə “Osetya” böhranları, daha sonra isə 2010-cu ildə Çinin istehsalda ABŞ-dan önə keçməsi ilə tək qütblü sistem çökməyə başlamışdı. Lakin tək qütblü sistemə qarşı ən böyük zərbə Çin-Rusiya yaxınlığı və strateji ortaqlığı oldu. Beləliklə, Avrasiyanın şərqi və şimal sahilləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nəzarətinə keçdi. Çin bir anda Rusiyanı əhatə edən kənar ölkə rolundan prosesin baş roluna çevrildi və dünya nəfəs almağa başladı. Bu prosesi 2013-cü ildən bəri Çinin “Bir Kəmər Bir Yol” layihəsi izləyir. Nəhayət, 2018-ci ilin yanvar ayında ABŞ Müdafiə Naziri Metis Böyük Güc Mübarizəsi Dönəminin başladığını elan etmək məcburiyyətində qaldı.

Bu gün Çin ilə olan ticarət müharibəsi, Rusiya ilə NATO üzərindən soyuq müharibə günlərini geridə qoyan hərbi əməliyyatlar və sanksiyalar tətbiq edən ABŞ-da maliyyə, silah və enerji lobbiləri gərginliyin daha da artmasını istəyirlər. Lakin nüvə balansı ilə dünya müharibəsinin baş verməyəcəyini onlar da başa düşür. Geriyə qalan isə vəkillər arasındakı müharibə və ticarət, embarqo və sanksiya müharibələri və narıncı inqilablardır.

Mübarizə aparan Rusiya və Çin

Rusiya və Çin bloku mübarizə aparır və sağlam şəkildə dayanır. Şanxay Əməkdaşlıq Təşkilatı ilə “Bir Kəmər Bir Yol” ortaqlığı zamanı 5 iyun 2019-cu ildə Moskvada görüşərkən Putin Çin Prezidentinə belə deyib: “Son illərdə sizin də birbaşa iştirakınız sayəsində Rusiya-Çin münasibətləri heç bir şişirtmə olmadan bu günə qədərki ən müsbət səviyyəsinə çatıb. Ən önəmlisi isə odur ki, bu bənzərsiz münasibətlər Rusiya və Çin xalqlarının iş birliyinə səhnə olur və xalqlar inkişaf yolunda sahib olduqları bütün üstünlüklərdən istifadə edirlər”.

Bu sözlərə qarşılıq olaraq Çin Prezidenti Si Tsinpin cavab verib: “Münasibətlərimizi addım-addım tarixin ən yüksək səviyyəsinə qaldıra bildik. Əlaqələri inkişaf etdirməyin bir sərhəddi yoxdur. Gedərək daha da yaxşı olacaq”.

Bu ay ərzində 2 lider 14 iyunda ŞƏT zirvəsi üçün Qırğızıstanın Bişkek şəhərində, daha sonra isə 28 iyunda Yaponiyanın Osaka şəhərində G20 zirvəsi üçün yenidən görüşəcəklər. Hər iki iclas da, şübhəsiz, Rusiya-Çin ittifaqının sərgilənməsi üçün bir vasitə olacaq.

Hindistan kilid ölkədir

Dünya sürətlə tək qütblü sistemdən xilas olur. Şübhəsiz ki, tək qütbün sahibi olan qüvvə var gücü ilə bu prosesi gecikdirməyə çalışacaq. Rusiya, Çin və Hindistanın qarşı-qarşıya qoyulması üçün müxtəlif tələlər qurulacaq. Hər üç ölkənin bu tələblərə düşməməsi bəşəriyyətin gələcəyi üçün çox önəmlidir.

Xatırladaq ki, burada kilid ölkə Hindistandır. Zəif dövlətlərə örnək olan bir mübarizə ilə ağır bədəllər ödəyərək və qurbanlar verərək müstəqilliyini qazanmış Hindistanın imperialist cəbhədə yer alıb almayacağı hələlik sual altındadır.

Dünyanın ən azı Hindistan qədər maraqla izlədiyi digər bir ölkə isə Türkiyədir. 15 iyun 2016-cı ildəki çevriliş cəhdi ilə əlaqəsi olan Atlantik cəbhəsinin sui-qəsdinə məruz qalan Türkiyə, ümid edirəm ki, eyni səhvləri təkrar etməz və Mustafa Kamal Atatürkün şərəfli mirasını xatırlayar. Hindistanın qurucusu Mahatma Qandinin bu sözləri ilə yazımızı yekunlaşdıraq:

“Mustafa Kamal ingilisləri məğlub edənə qədər Tanrının da ingilis olduğunu zənn edirdim”.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar