Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güc faktoru və geosiyasət: Yeni dünya xaosdan necə doğacaq?

Güc faktoru dünyanın siyasi və iqtisadi problemlərinin həllinə kömək edirmi?..

Nəzakət Məmmədova: “Böyük dövlətlərin həm özlərinin silahlanmaya meylliyinin artması, həm də onların dünya silah bazarında aparıcı silah satan ölkələr olmasının səbəbləri çoxdur”.

Zaur Məmmədov: “Dünyada ikili standartlar gedir və bu ikili standartların ən əsas səbəbi dünyada tüğyan edən güc amilidir”.

20-ci əsrin sonlarında elə düşünülürdü ki, dünya siyasətində güc faktoru və millitarizm arxada qalıb və artıq hər şey beynəlxalq hüquq çərçivəsində öz həllini tapacaq. Lakin son illər beynəlxalq siyasətdə güc faktoru həddindən artıq irəli çıxmaqdadır və millitarizm beynəlxalq siyasətin əsas simasına çevrilməkdədir.

Böyük dövlətlərin zorakılığa və silahlanmaya meylinin bu qədər artmasını hansı faktorlarla əlaqələndirmək olar və xüsusən də 21-əsr dünya sisteminin formalaşmasında güc faktorunun rolu barədə nə demək mümkündür? Xüsusn də Güc faktorunun əsas platformaya çevrilməsi dünyanın siyasi və iqtisadi problemlərinin həllinə kömək edirmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloqlar Nəzakət MəmmədovaZaur Məmmədovla müzakirə edib.

Nəzakət Məmmədova: “Dünyanın bəzi bölgələrində ölkələrin təbii ehtiyatların hərbçilərin əlinə keçməsi təhlükəsini yaradır”.

Münaqişə bölgələrində dövlətlərin orduları ilə yanaşı, özəl hərbi şirkətlərin də geniş fəaliyyət göstərdiklərini xatərladan politoloq əlavə edib ki, hazırda dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən 90 özəl hərbi şirkət mövcuddur. Onların illik gəlirləri 100 milyard dollar təşkil edir:

“Böyük dövlətlərin həm özlərinin silahlanmaya meylliyinin artması, həm də onların dünya silah bazarında aparıcı silah satan ölkələr olmasının səbəbləri çoxdur. Burada ölkələrin hərbi-siyasi elitasına təsir etmək gücendə olan hərbi konsernlərin, transmilli şirkətlərin rolunu xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, artıq ənənəvi ordulardan daha çox, böyük dövlətlərin nəzdindəki muzdlu ordular militarist siyasətin həyata keçirilməsində daha fəal iştirak edirlər.

Məsələn, Ukraynanın şərqindəki fəaliyyətinə görə ABŞ-ın sanksiyalar siyahısına salınmış “Vaqner”dən başqa Rusiyada kontrakt əsasında 10-a qədər hərbi şirkət fəaliyyət göstərir. Federal hökumət onlarla əlaqəsini qətiyyətlə təkzib edir. Lakin şirkətin rəhbərliyi və üzvləri dəfələrlə Kremldə yüksək dövlət mükafatları ilə təltif olunublar. Bu isə bütün arqumentlərdən ən güclüsüdür.

Yaxud, Yaxın Şərqdə “Şiə hilalı” adlanan və İranın geosiyasi nüfuz dairəsinə daxil olan ərazilərdə İran və onun müttəfiqləri ilə mübarizə ABŞİranın rəsmi orduları yox, müttəfiq dövlətlərin ordularının, eləcə də muzdlu qoşunların vasitəsilə edəcəyi ehtimalı daha güclüdür. İran Hizbullah, Həşdi-şabi, Mehdi ordusu, SEPAH-ın Qüds briqadası vasitəsilə öz Orta Şərq planlarını hərbi və kəşfiyyat yolu ilə həyata keçirməyə davam edə bilər, necə ki, ABŞ birbaşa öz ordusu vasitəsilə yox, müttəfiqləri və muzdlu ordular vasitəsilə bunu həyata keçirir. İranın nəzarətində husilər, şiə qruplaşmalarından başqa bir çox vasitələr var ki, ən azından onu ABŞ, Səudiyyə və İsrail qarşında güclü edir.

Nəzakət Məmmədova: “Özəl hərbi şirkətlər bəzən dövlətlərin nəzarətindən çıxaraq, müstəqil fəaliyyət göstərməyə, sifarişçilərin qeyri-qanuni tapşırıqlarını yerinə yetirməyə daha çox meyl göstərirlər. Bu isə olduqca təhlükəli haldır”.

Eləcə də, ABŞ-ın Blackwater muzdlu ordusu hazırda ABŞ ordusunu bir çox regionlarda əvəz edir. Gördüyümüz kimi münaqişə bölgələrində dövlətlərin orduları ilə yanaşı, özəl hərbi şirkətlər də geniş fəaliyyət göstərirlər. Hazırda dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən 90 özəl hərbi şirkət mövcuddur. Onların illik gəlirləri 100 milyard dollar təşkil edir.

Əsasən gəlir əldə etmək məqsədilə yaradılmış bu şirkətlər müharibə, kütləvi iğtişaşlar zamanı sifarişçi ölkələrə maddi-texniki dəstək, peşəkar xidmət, strateji planlaşdırma, kəşfiyyat məlumatlarının toplanılması və təhlili, hücum strategiyası və taktikası, əməliyyatların həyata keçirilməsi, məsləhətlərin verilməsi, münaqişə bölgələrində döyüş əməliyyatlarlının aparılması, müdafiə xəttinin yaradılması, habelə, sülhün qorunmasında istiqamətlərində kömək edirlər.

Bu, dünyanın bəzi bölgələrində ölkələrin təbii ehtiyatların hərbçilərin əlinə keçməsi təhlükəsini yaradır. ABŞ analitiklərinin hesablamalarına görə, 1965-ci ildən bəri dövlətlərarası münaqişələr azalıb, dövlətdaxili qarşıdurmalar isə 3 dəfə artıb. Nəticədə son 15 ildə dövlətlər, QHT-lər və korporasiyalar özəl hərbi şirkətlərin xidmətlərindən yararlanmağa başlayıblar. Onlardan neft yataqlarının, humanitar missiyaların, səfirliklərin, hərbi bazaların qorunması, partizan və qiyamçılarla mübarizə məqsədilə istifadə edirlər. Lakin özəl hərbi şirkətlər bəzən dövlətlərin nəzarətindən çıxaraq, müstəqil fəaliyyət göstərməyə, sifarişçilərin qeyri-qanuni tapşırıqlarını yerinə yetirməyə daha çox meyl göstərirlər. Bu isə olduqca təhlükəli haldır.”

Zaur Məmmədov: “Hətta birinci dünya müharibəsinin nəticəsində BMT kimi təşkilatın yaranması belə dünyada sülhə və əmin-amanlığa gətirmədi”.

Bu gün kimdə hərbi, siyasi, iqtisadi güc varsa, onun da haqlı olduğunu vurğulayan politoloq bildirib ki, bunu Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün vaxtlarında hiss edib:

“Dünyada ikili standartlar gedir və bu ikili standartların ən əsas səbəbi dünyada tüğyan edən güc amilidir. Güclu tərəflər betnəlxalq hüququ heçə endirirlər. Baxmayaraq ki, birinci dünya müharibəsinin yekunu olaraq Yelsonun başçılığı ilə artıq dünyada liberalizmin bərqərar olması ilə müharibələrə və münaqişələrə son veriləcəyini düşünürdülər. Lakin nəticə olaraq biz bunu görmədik və birinci dünya müharibəsindən sonra cəryan edən proseslər də bunu göstərmədi.

Hətta birinci dünya müharibəsinin nəticəsində BMT kimi təşkilatın yaranması belə dünyada sülhə və əmin-amanlığa gətirmədi. Bu gün biz bilirik ki, kimdə hərbi, siyasi, iqtisadi güc varsa, o da haqlıdır. Bunu da Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün vaxtlarında hiss edib.

Təsadüfi deyil ki, Azərbaycan indi beynəlxalq miqyasda ermənilərə qarşı sülh platformasında danışıqlara getdiyi zamanla birlikdə Azərbaycan həm də müdafiə, hücum potensialının siyasi və iqtisadi anlamda güclü olmaq istiqamətində mühum addımlar atmaqdayıq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar