Göygöl rayonunda avtomobil aşıb...
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.
1983-cü il təvəllüdlü İmanov Amil Telman oğlu idarə etdiyi “VAZ-2103” markalı avtomobili aşırıb.
Nəticədə sürücü ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Aparılan araşdırmalar zamanı onun sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
pia.az