Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda YPX əməkdaşı 2 yaşlı uşağı ölümdən xilas edib

Göyçay rayonunda magistral avtomobil yolunun ortasında nəzarətsiz qalan azyaşlı uşaq xilas edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımının əməkdaşı, polis baş serjantı Nicat Həmidov 99-YP-807 dövlət nömrə nişanlı "KİA Sportage" markalı xidməti avtomobillə hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qəflətən qaçaraq avtomobillərin qarşısına çıxan 2 yaşlı uşağı ölümdən xilas edib.

Məlumata görə, səhər saat 07:00 radələrində Qarabaqqal kənd sakini, 2018-ci il təvəllüdlü Hüseyn Quliyev valideynlərindən xəbərsiz evdən çıxaraq magistral avtomobil yoluna tərəf qaçıb. Göyçay rayon sakini olan YPX əməkdaşı Nicat Həmidov azyaşlı uşağı yolda sürətlə hərəkət edən avtomobillərdən qorumaq üçün operativ tədbir görüb, xidməti avtomobillə yolu kəsib, qarşıdan və arxadan gələn avtomobilləri xəbərdarlıq işarəsi ilə saxlayıb. Nicat Həmidov uşağı yolun ortasından götürərək yaşadığı evə aparıb və valideynlərinə təhvil verib.

Uşağın babası Sahib Quliyev APA-ya bildirib ki, yaşadığı ev magistral yolun yaxınlığında yerləşir və o, səhər saat 07:00 radələrində mal-qaranı həyətdən çıxararaq örüş yerinə apararkən darvazanı açıq qoyub və nəzarətsiz qalan uşaq həyətdən çıxaraq avtomobil yoluna tərəf qaçıb: "Yol polisi əməkdaşı bizim ailəni böyük bir faciədən xilas edib. Nicat Həmidovun ayıq-sayıqlığı və cəsarəti sayəsində bu gün nəvəm Hüseyn Quliyev sağ-salamatdır. Ailə üzvlərimiz polis əməkdaşının bu xilaskarlığına görə çox sevinir. Mən Baş Dövlət Yol Polisi İdarəsinin qaynar xətt telefonuna zəng edərək minnətdarlıq etdim və idarənin rəisi, general-mayor Ramiz Zeynalova təşəkkür məktubu göndərdim".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar