Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib...
APA-nın yerli bürosunun xəbərinə görə, qəza bu gün Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb.
“Qazel” markalı yük avtomobili ilə “VAZ-21015” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.
pia.az