Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda övladını görə bilməyən ata Prezidentə müraciət etdi

Göyçay sakini Prezident İlham Əliyevə şikayət ərizəsi ilə müraciət edib

PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, ərizənin bir nüsxəsini elektron ünvanımıza göndərən Göyçay şəhər sakini Həmidov Nicat Ehtibar oğlu üzləşdiyi qanunsuzluğa görə özünü öldürmə həddində olduğunu yazıb.

Həmidov Nicat iddia edib ki, bir qrup vəzifəli şəxs maddi maraqlarına görə onun övladını görməsinin qarşısını alır. Göyçay sakini boşandıqdan sonra keçmiş həyat yoldaşının övladını ona göstərməməsi və bu işdə aidiatı orqanların ona dəstək çıxmasını qeyd edib. O ərizədə qeyd edib ki, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qərarını keçmiş həyat yoldaşı Həmidova Gülnar Vidadi qızı heçə sayaraq onun övladı Həmidli Yağmur Nicat qızı ilə görüşməsinə mane olur. Göyçay sakini iddia edib ki, uzun müddətdir qərarın icra olunmaması görə rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və onun müavini Hikmət Quliyev barəsində şikayət etdiyi üçün onlar qisas alırlar. Şikayətçi vurğulayıb ki, keçmiş həyat yoldaşı məhkəmə qətnaməsinin məcburi icrası ilə əlaqədar olaraq görüş vaxtının 20 iyul 2019-cu il tarixə saat 10-00 təyin edilən iclasına gəlməyib.

Həmidov Nicat dəfələrlə şikayət ərizəsi ilə yerli orqanlara müraciət etdiyini amma hələ də övladı iləgörüşə bilmədiyini və səbəb kimi qızının onunla görüşmək istəməməsini dediklərini qeyd edib. O, iddia edir ki, azyaşlı övladına keçmiş həyat yoldaşı və onun atası təzyiq edir, onunla görüşməsinə mane olurlar.

Sonda şikayətçi intihar edəcəyi təqdirdə məsuliyyətin bir-başa Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanovun və onun müavini Hikmət Quliyevin üzərinə düşəcəyini bildirib: “Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasını başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edilməsi üçün ərizə ilə müvafiq orqanlara müraciət etmişəm.Buna görədə tam əsas var ki, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrası başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edilsin.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə, Ombudsman Elmira xanım Süleymanovaya müraciət edirəm.

Sizdən xahiş edirəm Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasını başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edəsiniz və Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini dəfələrlə qərəzli olaraq icra etməyən Gülnar Həmidovanın və onu himayə edən Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxamnovun və müavini Hikmət Quliyevin barəsində qanuna müvafiq tədbirlər görəsiniz”.

pia.az


Etiket: Göyçay

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar