Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Rəsul Rza küçəsində qeydə alınıb.
Belə ki, Göyçay səhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
pia.az