Goranboyda yanğın hadisəsi baş verib...
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Nadirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətə olan yük maşını yanıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yük maşınının qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, yük maşınında tikinti materialları olub. Yanğının başvermə səbəbləri araşdırılır. (apa)
pia.az