Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboyda ermənilərin atdığı mərmilərdən dağılmış evlər yenidən tikilir - Video 

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində Goranboy rayonunda vətəndaşların dağılan evlərinin inşasına başlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 44 günlük Vətən müharibəsi zamanı Goranboy rayonunun bir neçə kəndində onlarla ev tamamilə dağıdılıb və ya qismən zərər görüb.

Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində rayonda zərər görən obyektlərə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə təmiri və ya yenidənqurulması aparılan obyektlərin əksəriyyətini qismən zədələnmiş və ya tamamilə dağıdılmış fərdi yaşayış evləri təşkil edir.

Beləliklə, dəyən ziyanın həcmi hesablandıqdan sonra Tap Qaraqoyunlu və bir neçə başqa kənddə dağıntıya məruz qalan evlərin inşası və bərpasına başlanılıb.

Tap Qaraqoyunlu kənd sakini Əfiqə Məmmədova "Report"a açıqlamasında 44 günlük Vətən müharibəsi zamanı evinin dağıdıldığını söyləyib: "Ailədə 3 nəfərik. Evimiz olmadığından digər yerlərdə qalırdıq. Çox sağ olsunlar, dövlət tərəfindən bizim üçün yeni evin tikintisi haqqında göstəriş verilib və hazırda evimizin inşasına başlanılıb".

Eyni zamanda rayonun Safı Kürd kəndində də Vətən müharibəsi zamanı dağıdılmış evlərin inşası və bərpasına başlanılıb. Kənd sakini Həqiqət Cəfərnecati "Report"a bildirib ki, ötən il oktyabrın 1-də düşmənin atdığı mərmilərdən biri onun yaşadığı evə düşüb: "Ümumi sahəsi 175 kvadratmetr olan evim dağılıb. İndi onun əvəzinə mənə yeni ev tikirlər. Buna görə də, Prezidentimiz İlham Əliyevə və onun xanımı Mehriban xanım Əliyevaya təşəkkür edirəm".

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. 44 günlük Vətən müharibəsi zamanı Goranboy rayonu da düşmənin silahlı hücumuna məruz qalıb və burada bir çox yaşayış evləri və obyektlər zərər görüb. Rayonda Vətən müharibəsi zamanı düşmən tərəfindən atılan mərmilər nəticəsində tam və qismən dağılan digər evlərin inşası və bərpası mərhələli şəkildə davam edəcək.

piaaz


Etiket: Ev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar