Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Google şarları bağlantısız yerlərə internet daşıyacaq

Google-un istehsalı olan hava şarları Keniyanın internet xidməti ilə təchiz edilməsi üçün fəzaya buraxılıb...

The Independent yazır ki, bu texnologiya internetlə az və yaxud tamamilə təchiz edilməyən məkanların virtual rabitə ilə təminatı üçün yaradılıb.

Bu da qeyd olunur ki, belə hava şarları 80 min kvadrat kilometr sahəni internet bağlantısı ilə təmin edə bilir.

Məqalədə deyilir ki, ümumilikdə Afrika üzərinə günəş enerjisi ilə hərəkət edən bu şarlardan 35-ni çıxarmaq planlaşdırılır.

Texnologiyanın yaradıcısı Google şirkətinin də daxil olduğu “Alphabet” qrupunun müstəqil “Loon” firmasıdır.

Küləklərin köməyi ilə

Qeyd olunur ki, bu texnologiya Google-un çoxsaylı “fantastik” layihələrindən biridir və ilkin versiyaları pivə soyuducuları ilə Wi-Fi ruterlərindən hazırlanmışdı.

Lakin sonralar “Loon” bu layihəni genişləndirərək inkişaf etdirdi və beləliklə ilk dəfə olaraq göydən internet bağlantısı verən sistem hasilə gəldi.

The Independent yazır ki, hazırda “Loon” şəbəkəsinin bağlantısı kəsintili ola bilər, çünki heç də bütün şarlar havaya buraxılmayıb.

İlkin xidməti yaradacaq 35 şar Amerikadan xüsusi qurğularla havaya qaldırılacaq və bundan sonra küləyin köməyi ilə Keniya üzərinə çatdırılacaq.

Bəziləri internetə bu şarlarla bağlandığından xəbərsizdir

Şirkətin baş direktoru Alastair Vestgars deyib ki, indiyədək aparılmış sınaqlar belə şarların 18.9Mbps sürətli internet verə bildiyini göstərib.

Bu, bəzi evlərdəki Wi-Fi bağlantısı ilə müqayisə oluna bilər və səsli və mətnli zənglərin edilməsi və YouTube kimi saytların videolarına baxılması üçün kifayətdir.

Vestgars qeyd edib ki, erkən sınaqlar bir çox keniyalının internetə bu şarların vasitəsilə bağlandığını göstərir, hərçənd heç də hamı hələki bunu bilmir.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Telkom Kenya şirkəti ilə işbirliyi nəticəsində mümkün olub.

Google bildirir ki, o şar uçurtmaqla hazırkı yerüstü və kosmik texnologiyaları əvəzləmək məqsədi qoymayıb.

Əksinə, Vestgarsın ideyasına görə gələcəkdə bütün dünya boyunca rabitənin hər bir insanın ehtiyaclarına uyğun çoxsaylı növləri olmalıdır. (azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar