Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrüyün bitməyən problemləri: Qanun pozuntuları aşkarlanıb

Gömrükdə malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün müvafiq tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarının fəaliyyəti təşkil edilməyib...

PİA.az-ın əldə etdiyi məlumata görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, auditlə əhatə olunan dövrdə müvəqqəti saxlanc prosedurunun tətbiq edildiyi malların idxalatçıların özünə məxsus sahələrə yerləşdirilməsinə yol verilib.

“Amma sonrakı nəzarət qaydasında gömrük auditi tədbirləri həyata keçirilməyib”, - deyə hesabatda yazılıb.

Bununla yanaşı, gömrük orqanlarının büdcədənkənar əməliyyatlardan gəlirlərinə aid edilən gömrük yığımlarında qanunvericiliklə müəyyən edilmədiyi halda, əlavə dəyər vergisi tətbiq olunması aşkarlanıb.

Həmçinin, gömrük bəyannamələrinin gecikdirilməsinə görə, gömrük borcunun hesablanmaması üzə çıxıb.

Bu iki halın nəticəsində dəbbə pullarının tutulmaması, aksiz markalarının elektron uçot bazasının yaradılmaması, bəzi hallarda müvəqqəti saxlanc və idxal gömrük prosedurlarının müddət məhdudiyyətlərinə riayət olunmaması halları aşkarlanıb.

Qeyd edək ki, Hesablama Palatasının hesabatının Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir. (Oxu.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar