Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrükdən keçən avtomobildə qanunsuz telefonlar aşkar olundu

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı, 99 ES 982 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində ölkə ərazisinə gömrük qaydalarının pozulması yolu ilə gətirilən mobil telefonların olması barədə əməliyyat məlumatı daxil olub

Dövlət Gömrük Komitəsindən Demokrat.az-a verilən xəbərə görə, məlumat əsasında həmin avtomobil Tovuz rayonundakı Avtovağzal ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qutuda mobil telefonların olduğu müəyyən edilib. Qutuya ətraflı baxış keçirilməsi üçün avtomobil “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Yoxlama zamanı qutuda 25 ədəd “Samsung Galaxy A20”, 25 ədəd “Redmi Note 7”, 10 ədəd “Redmi 7”, 9 ədəd “Redmi 7A”, 3 ədəd “Redmi Note 6 Pro”, 6 ədəd “Mi 8 Lite”, 4 ədəd “Mi A2 Lite”, 8 ədəd “Mi Play” markalı, üzərində heç bir aksesuarı olmayan telefonlar, 35 ədəd mobil telefon qutusu, 15 ədəd USB, 15 ədəd qidalandırıcı başlıq və 10 ədəd qulaqcıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar