Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrükdə "koronavirus rejimi": Çindən gələnlər ciddi yoxlanılır

Gömrük xidməti gücləndirilmiş rejimə keçib...

Çində aşkarlanan yeni koronavirusun artıq bir çox ölkələrdə də yayıldığı deyilir. Əlamətləri yüksək hərarət və öskürək olan bu virus sətəlcəmin yaranmasına səbəb olur. Artıq 41 nəfər virus səbəbindən dünyasını dəyişib.

Maraqlıdır, virusun yayıldığı Çindən Azərbayacana birbaşa olaraq uçuş həyata keçirilirmi? Oradan gələn turistlər müayinə edilir?

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-a Çindən Azərbaycana birbaşa uçuşların olduğunu bildirib:

“Bəli, Çindən Azərbayacana birbaşa uçuş həyata keçirlir. Uçuşlar Çinin paytaxtı Pekin şəhərindən Bakıya nəzərdə tutulub”.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Çindən gələn turistlərin tibbi yoxlanış prosesi üçün Gömrük Xidməti əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçdiyini deyir:

“Çindən Azərbaycana gələn turistlər bizim tərəfimizdən ilkin vizual müayinə edilir. Həmin turistlərin tibbi yoxlanış prosesi üçün gücləndirilmiş iş rejiminə keçilib. İnsan hərarətini uzaqdan ölçən xüsusi cihazların köməyi ilə çinli turistlər müayinə edilir. Eyni zamanda sanitariya qaydasına uyğun olaraq onlara ciddi nəzarət edilir. Hələ ki, Azərbaycana gələn heç bir çinli vətəndaşda virus aşkarlanmayıb”. (oxu.az)

pia.az

 


Etiket: Çin koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar