Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsinin qanunsuz tələbi ölkədə narazılıq yaradır - Ekspert

Dövlət Gömrük Komitəsi səlahiyyət həddini aşmaqla ölkədə həm də kütləvi narazılıq formalaşdırır

PİA.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

O. Gündüzün sözlərinə görə, artıq neçə gündür ki, Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstan ərazisindən daxil olan xarici nömrəli avtomobilləri əsassız və qanunsuz olaraq ölkəyə buraxmır.

AİF prezidenti qeyd edib ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin həm bir neçə gün öncə və həm də dünənki açıqlamasında səlahiyyət həddini aşan xeyli məqamlar və yaranmış narazlığın məsuliyyətindən yayınmaq halları hiss olunurdu.

O. Gündüz diqqətə çatdırıb ki, sadə vətəndaş Gürcüstandan 3-4 min manata bir avtomobil alır. Həmin avtomobilin Azərbaycandakı gömrük rüsumu qiymətindən 2-3 dəfə baha başa gəlir:

“Hətta ortabab insanlar da artıq bu qədər pulu mənasız yerə gömrüyə verməmək üçün Rusiya, Gürcüstan və s. xarici nömrəli avtomobillər sürürlər. Bu səbəbə görə bəzi vətəndaşlarımız qanunvericiliyə uyğun olaraq ikili vətəndaşlığı olanlara da etibarnamə verməklə avtomobilləri ölkəyə müvəqqəti idxal edirlər. Və bununla əlaqəli qanuni rüsumları ödəməklə, 90 gün müddətinə əməl etməklə yenidən ölkə ərazisinə eyni qaydada daxil olurlar. Yenidən ölkə ərazisinə müvəqqəti olaraq daxil olmağın qadağan edilməsi isə qanunvericilikdə nəzərdə tutulmayıb”. O. Gündüz diqqətə çatdırıb ki, DGK qanunsuz olaraq, buna heç bir səlahiyyəti olmadığı halda həmin avtomobilləri ölkəyə buraxmır və bu da haqlı narazılığa səbəb olur.

AİF prezidenti düşünür ki, DGK dərhal bu qanunsuz əməllərini dayandırmalıdır:

“Bu, həm DGK-nın özü tərəfindən son dövrlərdə aparılan xeyli sayda müsbət işlərə, həm ölkədə aparılan islahatlara kölgə salır, həm də sadə insanların narazılığını artırır”.

O. Gündüzün fikrincə, DGK özünün bu sahədə formalaşdırdığı DATA-sına nəzər salıb, vəziyyəti hökumətin diqqətinə çatdırmaqla təkliflərini verməlidir:

“Mövcud qayda və qanunlara dəyişiklik edilmədiyi halda DGK-nın bu cür özbaşınalığına hökumət də ciddi reaksiya verməlidir”.

Ekspert sonda qeyd edib ki, narazıların məhkəməyə müraciət etməsi də faydalı ola bilər.

pia.az


Etiket: DGK qanunsuzluq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar