Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsi rüşvət alan əməkdaşı barədə açıqlama yaydı

Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir

Komitədən verilən məlumata görə, 28 iyun 2019-cu il tarixdə "İrşad Trade 2018" MMC-nin ünvanına konteynerlə daxil olmuş velosiped yüklərinin gömrük yoxlanmasını növbəti günə keçirməmək və tezləşdirmək müqabilində Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlunun qeyri-qanuni olaraq şirkət nümayəndəsindən 400 manat pul alması barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat daxil olub.

Dərhal Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi Duman Şeyxov saxlanılıb və faktla bağlı qanunvericiliyə uyğun olaraq araşdırma aparılıb. Aparılan araşdırmaların və gömrük əməkdaşının dindirilməsinin nəticəsi olaraq o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində qeyd olunan yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib. Bundan sonra Duman Şeyxov şalvarının sol cibində olan 4 ədəd 100-lük manat nominalında pul əskinaslarını könüllü olaraq təqdim edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlu "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülüb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

pia.az


Etiket: Gömrük

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar