Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsi qaçaqmalçıların keşiyindədir... - İttiham

Azərbaycan sərhəddində qida təhlükəsizliyi məntəqələri yaradılır...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarına səfər edib. Səfər çərçivəsində Agentliyin sədr müavini Litva və Latviyanın Qida və Baytarlıq Xidmətlərinin rəhbərləri ilə görüşüb. R. Rüstəmzadə ilin sonuna qədər Azərbaycanda sərhəd-keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqələrinin yaradılacağını diqqətə çatdırıb: “AQTA bu sahədə olan beynəlxalq təcrübəni sərhəd-keçid məntəqələrində tətbiq edəcək”.

Məlumata görə, yaradılacaq məntəqələrin nə dərəcədə effektiv olacağı ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynov bildirib ki Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət orqanlarının bu sahədə atdığı addımlar zəruridir.

Lakin istisna olunmur ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da daim qaçaqmalçılıqla məşğul olanlar var: “Qaçaq malların necə və hansı hallarda ölkəmizə daxil olması və satıldığı yerlər barədə dəfələrlə Gömrük Komitəsinə rəsmi məktublar göndərmişik. Bu mallar içərisində parfumeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, həmçinin içməli limonadlarla bağlı birliyimizə şikayətlər gəlib. Qaçaqmal yolu ilə gətirilmiş siqaretlər 1 ildə ölkə büdcəsinə 20 milyon manata qədər zərər gətirir. Çünki bu mallar üçün dövlət rüsumu ödənilmir. İctimai təşkilat olaraq nə qədər məlumatlar versək də, Gömrük Komitəsi bu sahədə tam və əhəmiyyətli işlər görmür.

Çalışmaq lazımdır ki, AQTA bu işlə əlaqədar qaçaqmalçılığın qarşısını alsın. "Sədərək" Ticarət Mərkəzi də qaçaq malların satıldığı böyük bir bazardır. Dövlət orqanları ölkə bazarından xəbərdar olmaq istəyirlərsə, "Sədərək"ə getsin. Bu məntəqələrin yaradılması zəruridir, lakin neqativ halların aradan qaldırılması üçün kafi deyil. Çünki qaçaq malla mübarizə aparan dövlət idarələri gərək güclü işləsinlər”.

Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, bu gün əslində DGK rəhbərliyi başda olmaqla, sözügedən qurum rəsmən qaçaqmalçılığın himayədarı rolunda çıxış edir. Məlumatlara görə, hazırda satış nöqtələrinə çıxarılan aksizsiz malların demək olar ki, hamısına DGK rəhbərliyinə aid şəxslər nəzarət edir. Bu barədə danışan mənbə bildirir: "Dövlətin vergi qurumları da bu faktın qarşısını ala bilmir. Çünki Səfər Mehdiyev iqtidar daxilindəki nüfuzunu məhz şəxsi biznesinin pardaxlanmasına sərf edir. Belə görünür ki, dövlət qurumları DGK sədrinin qarşısında acizdir. Belə olmasaydı, bu gün bazarlarımız qeyd olunan biuabırçılıqda olmazdı..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləyə bilərik...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar