Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gömrük Komitəsi də bu nazirliyə birləşdirilməlidir” - Ekspert

Xəbər verdiyimiz kimi Mikayıl Cabbarov iqtisadiyyat naziri təyin edilib

PİA.az xatırladır ki, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət KomitəsiAzərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Həmçinin Əmlak Məsələləri Dövlət KomitəsiAzərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Bəs İqtisadiyyat Nazirliyinin supernazirliyə çevrilməsi, eləcə də onun başına Mikayıl Cabbarovun rəhbər gətirilməsi ölkəmizə nə verəcək? İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında durumu şərh edib.

“Mikayıl Cabbarov demək olar ki,de-fakto baş nazir vəzifəsinə gətirilib. Gömrük komitəsi də məncə bu nazirliyə birləşdirilməlidir. Vergi, gömrük bir blokda birləşdirilməlidir. İqtisadiyyat Nazirliyi iqtisadi siyasəti qurmalı olan qurumdur, o praqmatiq işlərlə yox, qısa və uzun vədəli proqramarın tərtibi ilə məşğul olmalıdır. İndi supernazirlik yaradılır. Yaxın gələcəkdə əmlakın özəlləşdirilməsi, kommunal xidmətlərin özəlləşdirilməsi gözlənilir. Bu da maliyyə axınlarının eyni məntiqlə idarə olunmasına, bir mərkəzdə toplanmasına səbəb olacaq və yaxşı addımdır. Nazirlik nəzdində bu bölmələrin yerləşməsi iqtisadi siyasətin bir mərkəzdən idarə edilməsinə və çevik qərarların verilməsinə səbəb olacaq.

Bu posta məhz Mikayıl Cabbarovun gətirilməsi müsbət addımdır. Vergilər Nazirliyində kifayət qədər maraqlı addımlar atdı, vergi orqanlarından şikayətlər azaldı, şəffaflıq təmin edildi. Vergi və gömrük sahibkarların ən çox şikayət etdiyi sahələrdir. Bu nöqteyi nəzərdən bütün bir blokun bir mərkəzdə cəmlənməsi yaxşı qərardır. Əsasnamə təsdiq olunduqdan sonra biləcəyik ki, bu supernazirliyə məhz hansı səlahiyyətlər veriləcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar