Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük-karqo “oyununun” əsas iştirakçıları kimlərdir? - “Can Karqo”, “Gültekin Nakliyyat”…

Azərbaycanda fəaliyyət göstərən bəzi karqo şirkətlərinin bu “xidmətlərindən” nəinki yerli, xarici şirkətlər də yaxşı xəbərdardır

Bu yaxınlarda saytın poçtuna özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanlanan məktubda deyilirdi ki, karqolar təkcə öz birbaşa vəzifələrilə, yəni sadəcə malların daşınmasıyla məşğul deyillər. Onlar, həm də idxal olunan malların vergi və gömrük rüsumundan müxtəlif yollarla yayındırılmaqla sənədləşdirilməsini həyata keçirirlər: “Ölkə rəhbərliyinin məlum qərarları ilə sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz “VÖEN”ləri vasitəsilə ödəyəcəklərdi. Və bununla da məlum karqo sistemi ləğv olunacaqdı. Hətta bu işə görə bir çox gömrük məmurları da dəyişdirildi. Bəs hanı karqoların məlum “xidmətləri” ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?…”

Eyni mövzu ilə bağlı “AzPolitika.info”-ya daxil olan və Mehmet Arılı adlı türkiyəli iş adamının adından DGK-ya və Vergilər Nazirliyinə ünvanlanan yeni məktubda isə qeyd olunur ki, karqo şirkətlərinin fəaliyyəti həm Azərbaycana mal ixrac edən, həm də həmin malı burada qəbul edən şirkətlərin saxtakarlığa yol verməsinə, nəticədə qeyri-sağlam rəqabət mühitinin yaranmasına xidmət edir: “2016-cı ildən bu günə kimi gömrük sistemində köklü islahatların getdiyini görürük və dəstəkləyirik. Lakin bəzi karqo şirkətləri öz köhnə adətlərindən əl çəkmirlər, köhnə və qanunsuz üsullarla işləməyə davam edirlər. Biz, Türkiyə dövlətində çalışan və kabel istehsalı ilə məşğul olan iş adamı Mehmet Arılının adından müraciət edirik. Biz, Azərbaycandakı bir neçə şirkətə kabel satışını həyata keçiririk. Bizimlə çalışan şirkətlər malın invoys dəyərini bank yolu ilə rəsmi qaydada bizim hesabımıza göndərirlər. Biz də bunun qarşılığında rəsmi invoysla malı ölkəmizdən ixrac edirik. Mal rəsmi invoysla Azərbaycana daxil olur, müştəri gömrük rüsumunu ödəyərək, malını çıxarır…”

Ancaq məktubda deyilir ki, bəzi müştərilər türkiyəli iş adamlarından sənədləşməni karqolarla həyata keçirmələrini istəyirlər: “Bəzi müştərilərimiz malların karqoya verilməsini tələb edir, karqo şirkətinin yaratdığı şirkətin adına faktura kəsməmizi israr edirlər. Problem də bundan sonra başlayır. Karqo şirkəti bizə zəng edib malın onların yaratdığı şirkətin adına ixrac olunmasını və invoys dəyərinin yarıbayarı azaldılmasını, pulun bank yolu ilə deyil, əldən-ələ veriləcəyini şərt kimi qarşımıza qoyurlar. Biz də şirkət olaraq belə saxtakarlığa yol verə bilmirik. Çünki biz Azərbaycana rəsmi qaydada mal ixrac etdikdə 18% ƏDV-ni dövlətimizdən geri alırıq. Amma karqonun bu tələblərini yerinə yetirdikdə, ƏDV-dən məhrum olunuruq. Həm də Azərbaycanda rəsmi işləyən müştərimizi sıxıntıya salırıq…”

Daha sonra məktubda karqoların “xidmətinin” ölkəyə mal idxal edən şirkətlər üçün eyni malın fərqli qiymətlərə başa gəlməsinə və haqsız rəqabətə gətirib çıxardığı vurğulanır. Məktubda bu işlə məşğul olan karqo şirkətlərinin adları da çəkilir: “Bu səbəbdən rəsmi şəkildə mal idxal edən sahibkar, eyni malı karqonun əli ilə gətirən sahibkardan baha satış etdiyi üçün haqqsız rəqabət yaranmış olur. Həm sahibkar, həm də karqo bununla da vergidən yayınmış olurlar. Dünya təcrübəsinə görə, karqo şirkətləri yalnız malın daşınması üçün göstədikləri xidmətin haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini öz firmalarının adlarına həyata keçirməməlidirlər. Sizdə isə karqo şirkətləri bir tırın içərisinə 30-40 iş adamının malını yükləyib, karqo şirkətinin özünün yaratdığı 7-8 fiziki şəxsin adına gömrük dəyərini  endirərək, Azərbaycana idxal edirlər.

Belə karqo şirkətlərindən Bakıda fəaliyyət göstərən “Can Karqo”, “Gültekin Nakliyyat” bu işlərin içindədirlər. Sizdən xahiş edirik ki, karqo şirkətlərinə nəzarəti gücləndirəsiniz və onların yalnız malların daşınması ilə məşqul olmasını və gömrük işlərindən kənarda qalmasını təmin edəsiniz…”

Məktubda qeyd olunanlardan belə anlaşılır ki, Azərbaycanda fəaliyyət göstərən bəzi karqo şirkətlərinin bu “xidmətlərindən” nəinki yerli, xarici şirkətlər də yaxşı xəbərdardır. Ancaq belə görünür ki, hamının xəbəri var, təkcə Dövlət Gömrük Komitəsindən başqa…

Adı keçən şirkətlərin və DGK-nın mövqeyini dərc etməyə hazırdır.

pia.az


Etiket: Gömrük-karqo

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar