Çərşənbə axşamı, 04 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Gömrük Daxilolmaları 3 dəfə necə artıb? - İqtisadçı gerçək səbəbləri açıqladı

Ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda gömrük daxilolmalarından da söz açılıb.

“AzPolitika.info” xəbər verir ki, iclasda iştirak edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu ilin 6 ayı ərzində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daxilolmalarda 3 dəfədən çox artım var.

Lakin iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə səhifəsində bu artımın gömrükdəki şəffaflaşma hesabına deyil, əsas etibarilə manatın devalvasiyası nəticəsində əldə olunduğunu yazıb: “Sədr deyib ki, bu ilin 6 ayında idxalın dəyər ifadəsində həcmi 2015-ci ilin ilk yarısı ilə təxminən eyndir - 4.9 mlrd. dollara yaxın.

Amma əlavə edib ki, o zaman gömrük daxilolmaları 700 mln. manat idisə, hazırda təxminən 2 mlrd. manatdır. Yəni 3 dəfədən bir qədər az artım var.

Artım göz qabağındadır, amma bu artımı bütünlüklə gömrükdəki şəffaflaşmanın ayağına yazmaq doğru deyil.

Çünki 2015-ci ilin 6 ayı üzrə manatın dollar qarşısında məzənnəsi 0.97 manat təşkil etdiyi halda, bu ilin eyni dövründə 1.7 manat olub.

Yəni 2015-ci ildə vergiyə cəlb olunan dövriyyə 4.5 mlrd. manat (4.7 mlrd. USD), bu il isə 8.3 mlrd. manat (4.9 mlrd. USD) olub.

Göründüyü kimi, təkcə məzənnə hesabına vergitutulan dövriyyədə 1.9 dəfə artım var. Yəni bu artımda gömrük orqanlarının hər hansı rolu yoxdur.

2015-ci ildə vergi daxilolmlalarının idxalın dəyərində payı 16%, bu il isə 24% olub.

Əgər 2015-ci ilin vergitutma əmsalı (təxminən 16%) qalmış olsa idi, hazırda gömrük 1.3 mlrd. manat yığımış olardı. Yəni məzənnə hesabına büdcənin ekstra qazancları nəzərə alınmasa, sırf gömrükdəki şəffaflaşmalar hesabına yığımların 3 dəfə yox, təxminən 50% genişlənməsi haqda danışmaq olar.

Əlbəttə az artım deyil, amma qiymətləndirmə obyektiv olmalıdır - 3 dəfə artım göstəricisinin hamısını qurumun ayağına yazmaq doğru deyil.

Hələ onu da əlavə edim ki, aksizlərin timsalında gömrük vergi yükündə kəskin artım olub. Daxilolamaların artımında vergi yükünün ağırlaşamasının təsirini neytrallaşdırıb, sonra gümrüyün şəffaflaşdırma səylərinin yekun qiymətləndirilməsi aparılsa, daha ədalətli nəticələr görünər...”

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi

Yaranmış vəziyyətə dövlət tərəfindən təcili müdaxilə olunmalıdır

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Bakı İcra Hakimiyyətinin şöbə müdirinin daha bir obyekti üzə çıxdı - Sənəd

Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

loading...

Ən çox oxunanalar