Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göbəklitəpə: Burada yaşamış insanlar başqa sivilizasiyaya məxsus olub

Türkiyənin cənub-şərqində, Şanlıurfa şəhərindən 15 km şimal-şərqdə yerləşən, dünyada ən qədim istehkam məbəd kompleksi Göbəklitəpə. Bu ərazi dünyanın ən önəmli kəşflərindən biri hesab edilir. Onun üzə çıxarılması ilə sivilizasiyanın tarixi dəyişib. Hazırda dünyanın gözü məhz burdadır. Çünki buraların tarixi Misir piramidalarının tarixindən daha qədimdir. Üstəlik Göbəklitəpə qəribəliyi ilə digər tarixi abidələri də üstələyib. Bu yazıda kompleksin incəliklərinə nəzər salmağa çalışacağıq.

Tarixi

Göbəklitəpə Misir ehramlarından 7 500 il daha qədimdir. Bu ərazini 1963-cü ildə İstanbul və Çikaqodan olan arxeoloqlar kəşf edib, 2011-ci ildə YUNESKO-nun ümumdünya irsi siyahısına daxil edilib.

2003-cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən, bu məbədin 12 000 il yaşı var. Məbəd e.ə. VIII minillikdə məqsədli şəkildə torpaqla basdırılıb və uzun illər 15 m hündürlükdə və 300 m diametrli torpağın altında qalıb. Buranlın aşkar edilməsi ilə Yaxın Şərq və ümumilikdə Avrasiyada ilkin neolit dövrü haqqında qəbul olunmuş baxışlarda inqilabi dönüş olub.

Maraqlı faktlar

Ərazi 1963-cü ildə kəşf edilsə də, qazıntılara ilk dəfə 1995-ci ildə Alman Arxeologiya İnstitutunun professoru Klaus Şmitin rəhbərliyi ilə başlanılıb və təxminən 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb. Qazıntılar zamanı neolit dövrünə aid, üzərində vəhşi heyvan fiqurları olan "T" formalı dik daşlar aşkar edilib. Bu sütunların insan simvolları olduğunu düşünülür. Daş sütunların ağırlığı 40-60 ton arasında dəyişir. İbtidai daş alətlərinin istifadə edildiyi dövrdə belə böyük sütunların və ağır daşların əraziyə necə daşındığı bu günə qədər sirr olaraq qalır. Qazıntılar zamanı 8-30 metr diametrində qədim məbəd qalıqları və təxminən 12 min il əvvələ aid olduğu bildirilən insan heykəli kimi müxtəlif tarixi əsərlər də üzə çıxarılıb. Bundan başqa, daş sütunların üzərində oyulmuş heyvan təsvirləri də maraq doğurur. Bu heyvan rəsmləri məbədi ziyarət edən fərqli qəbilələrin simvollarıdır. Heykəllər üzərində vəhşi qaban, tülkü, pələng, buğa, əqrəb, ilan, eyni zamanda quş fiqurları var.


Hesab edilir ki, burada qədim zamanlarda insanlar xüsusi dini rituallar həyata keçiriblər. Daşlardakı heyvan fiqurları ümumiyyətlə aqressiv olaraq çəkilib. Buraya gələn və girmək istəyən xaricilərin üstünə hücum edəcək kimi görünürlər. İnsan formasında olan daşların üzü isə heyvan formasında çəkilib. Sanki bu daşlar düşüncələri özündə əks etdirir. Rəsmlər, simvollar, insan və heyvan fiqurları insanların o dövrdə estetik, bədii və yüksək şüurlu olduqlarını göstərir. Yəni, 5 metr hündürlükdəki dikilmiş daşların üstündə qeyri-müəyyən insan fiqurları və heyvan fiqurları ilə nəhəng monolitlər var. Bununla yanaşı, daha 20 dairəvi quruluşun olduğu ortaya qoyulub. Lakin hələ də ərazi tam olaraq kəşf edilməyib.

Qazıntılar davam edəcək

2018-ci ildə “Göbəklitəpə”də aşkarlanan arxeoloji qazıntılar tarixi məlumatları yeniləyib. "Şanlıurfa neolit dövrü araşdırmaları" layihəsi çərçivəsində hələ daha 12 qazıntı işi aparılacaq. İndiyə qədər isə layihə çərçivəsində qədim yaşayış məskənlərinə aid olan arxeoloji qazıntılar aşkarlanıb. Hazırda Şanlıurfanın 7 ərazisində arxeoloji qazıntılar davam etdirilir. Layihənin 2021-2024-cü illərini əhatə edən ilk mərhələsində daha 5 ərazidə qazantı işi aparılacaq. Beləliklə, Göbəklitəpə tarixin səhifələrini yeniləməyə davam edəcək və burda aşkarlanan arxeoloji qazıntılar növbəti illər üçün yeni yanaşmanı ortaya qoyacaq. Bu da Türkiyəni dünyada daha fərqli bir məkan kimi tanıdacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar