Güclü qar nəticəsində Giləzi-Xızı avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
PİA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda yağıntı davam edir və ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.
pia.az