Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Getdikcə batan ABŞ və yüksələn Çin... - Bayden Pekinə qarşı Pentaqonu müharibəyə cəlb edə bilərmi?

Qlobal epidemiyanı nəzarət altına alan Çin sürətlə böyüyərkən, epidemiyaya tabe olan ABŞ-ın iqtisadi problemləri getdikcə dərinləşir...

Nadir Temeloğlu
“Aydınlık” qəzeti, Türkiyə, 13 fevral 2020-ci il

ABŞ prezidenti Co Bayden dünən Pentaqonu ziyarət edib. Bir saat ərzində müdafiə naziri Loyd Ostin, nazir müavinləri, Baş Qərargah rəisi general Mark Milli və qüvvə komandirləri ilə görüşən Bayden nazirliyin tərkibində “Çin İş Qrupu” adlı bir vahidin yaradıldığını açıqlayıb.

Çin İş Qrupu yalnız Çinə diqqət yetirən bir qurum olacaq. Mülki və əsgərlərdən ibarət 15 nəfərlik bölmə Pentaqona Çinlə bağlı məsləhətlər verəcək. Qrupa rəhbər isə Müdafiə Nazirliyinin xüsusi müşaviri kimi Dr. İli Ratner təyin edilib.

Bu səfərdən sonra Baydenin Çin lideri Si Tsinpinlə telefon görüşməsi olub. Ağ Evdən verilən yazılı açıqlamada Baydenin Sincandan Honkonqa və Pekinin iqtisadi tətbiqlərinə qədər bir çox mövzuda narahatlığını dilə gətirdiyini qeyd edilib.

Telefon danışığından sonra Ağ Evdən Si ilə apardığı danışıqlara şərh verən Bayden Çinin bir çox sahədə böyük layihələr həyata keçirdiyini və dərhal hərəkət etməsələr, bu ölkənin onları geridə qoyacağını vurğulayıb. Bayden hələ Milli Təhlükəsizlik üzrə Strateji Sənədi yayımlamasa da, bütün diqqətini Çinə yönəldəcəyinə işarə edib. Baydenin Myanmada hakimiyyəti ələ keçirən əsgərlərlə bağlı sanksiya qərarı verməsi də, əslində Çinin bölgədə yürütdüyü siyasəti ilə bağlıdır. Myanmada hakimiyyəti ələ keçirən Baş Qərargah rəisi Min Aunq Hainqin Çinlə yaxşı münasibətləri olduğu məlumdur.

İşsizlik və xalq hərəkatları

Qlobal pandemiya şəraitində Çin 2020-ci ildə böyüyən yeganə iqtisadiyyat oldu. Çinin 2,3% artan Ümumi Daxili Məhsulu ilk dəfə 100 trilyon yuan səviyyəsini keçib. Çinin 2021-ci ildə böyüməyə davam edəcəyi gözlənilsə də, ABŞ-dakı vəziyyət heç ürəkaçan deyil. Keçən həftə verilən açıqlamada Bayden yanvar ayında məşğulluğun 49 min nəfər artdığına qeyd edərək 10 milyondan çox insanın işsiz olduğunu bildirib və əlavə edib: “İqtisadiyyatımızın hələ də problemli vəziyyətdə olduğu aydın görünür”.

ABŞ-ın büdcə kəsiri ilə bağlı məlumatlar da çox şeyi izah edir. ABŞ-ın təkcə yanvar ayında 162,8 milyard dollar büdcə kəsiri olub. Bu il ümumi büdcə kəsiri də 735,7 milyard dollara çatıb. 4 aylıq büdcə kəsirindəki artım 89%-dir. ABŞ Konqresinin Büdcə Ofisi (CBO) 2021-ci ildə federal büdcə kəsirinin 2,3 trilyon dollara çatacağını təxmin edir. Bir həftə ərzində işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı 793 min nəfərə yüksəlib. Son bir həftə ərzində 4 milyon 545 min insan işsizlik üçün müraciət edib. Covid səbəbiylə 483 min insan həyatını itirib. Qlobal epidemiyanı nəzarət altına alan Çin sürətlə böyüyərkən, epidemiyaya tabe olan ABŞ-ın iqtisadi problemləri getdikcə dərinləşir.

Konqres basqınının və xalq hərəkatlarının səbəbi də məhz bu iqtisadi mənzərədir. ABŞ-dakı yoxsul insanlar arasında yeni bir qüvvə ortaya çıxarkən Baydenin Pentaqonu Çin təhdidi ilə müharibə xəttinə çəkmək və xalqı “yayındırmaq” üçün bir şansı varmı?

Bunun mümkün olmadığını deyə bilərik. Çünki yeganə iqtisadi proqramı pul çap etmək və dollar diktaturasını qorumaq olan qlobalistlərin getdikcə daha da kasıblaşan “Redneck”lərin (qırmızı boyunlu ağ dərililər), iqtisadi uçurumun kənarında olan qaradərililərin və və 567 min evsizin, miqrantın tələblərinə cavab verməsi çox çətindir.

Konqres hücumları kimi xaotik hərəkatların artması ABŞ-da “daxili toqquşmalarla” məşğul olan Baydenin geniş bir xarici müharibəyə cəhd etməsi olduqca çətin görünür.

Bəs Türkiyəni məhdudlaşdıra bilərmi?

Türkiyə üçün də bənzər bir iddia önə sürülüb. Türkiyə üzrə mütəxəssis Nikolas Danfortun “Brookings” İnstitutu tərəfindən yayımlanan “ABŞ-ın yeni Türkiyəyə qarşı yeni siyasətləri” başlıqlı hesabatına görə, Bayden administrasiyasının Türkiyə ilə bağlı strategiyası Ankaranın işini məhdudlaşdıra bilər. Bayden administrasiyasının Türkiyəyə qarşı Demirtaş, Boğaziçi, Kavala açıqlamaları, görünür, bir çox dairələrə təsir edib. S-400-lərdən istifadə etməmək və ABŞ-la razılıq əldə etmək kimi fikirlər irəli sürülür.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays Türkiyə ilə S-400 məsələsində “Krit modeli”nin tətbiq edilib edilməyəcəyi ilə bağlı bir suala cavab verərkən Vaşinqtonun mövqeyinin dəyişmədiyini qeyd edib.

Bəli, Qərb cəbhəsində Türkiyə üçün yenilik yoxdur. Bayden vəzifəyə gələn kimi Suriyadakı separatçılıq fəaliyyətini sürətləndirib. Trampın bölgədən qismən çəkilmə addımlarını da rədd edib. Terror təşkilatına hərbi yardımları artırıb. Nəhayət, PKK/PYD və digər kürd təşkilatı ENKS-i birləşdirmək üçün Suriyaya bir heyət göndərib. Bütün bu addımlar atılarkən razılaşmaq üçün zəmin axtarmaq, təslim olmaqdan başqa bir şey deyil.

ABŞ-da daxili problemlərinin öhdəsindən gələ biləcək bir rəhbərlik yoxdur. Artan xalq hərəkatları da bunu hamımıza göstərəcək. Bu vəziyyətdə nə Çini, nə də Türkiyəni məhdudlaşdıra biləcək bir ABŞ administrasiyası var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin ABŞ Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar