Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gərək Əli Həsənovu həbs edəydilər” - Elçin Şıxlı

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhəti ilə bağlı Türkiyəyə səfər etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət onun ölkədən qaçdığı və bir daha geri qayıtmayacağı ilə bağlı fikirlər səsləndirir.

Maraqlıdır, Əli Həsənov haqqında səsləndirilən ittihamlara cavab verəcəkmi?

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, Əli Həsənov qanun qarşısında cavab verməyə hazır olsaydı, qanunları pozmazdı:

“Onu mütləq şəkildə ədalət məhkəməsinin hökmünə vermək lazımdır. Çünki onun Azərbaycana, Azərbaycan ictimai-siyasi mühitinə vurduğu zərəri tək-tük adam vura bilib. O, buraya gəlməyəcək, heç nəyə də cavab verməyəcək. Çünki ortada yalan ittiham yoxdur. Kor-kor, gör-gördür. Ümumiyyətlə, KİV DF məsələsi qalxan kimi, gərək, onu həbs edəydilər. Ən azından göz dustağı etmək lazım idi ki, o, kefi istəyəndə durub hansısa bir ölkəyə getməsin. Mehman Əliyevə qarşı qondarma vergidən yayınma ittihamı irəli sürmüşdülər, adamın da heç yerə qaçıb getmək fikri yox idi, amma Mehmana həbs qətimkan tədbiri seçildi. Hamısı da Əli Həsənovun göstərişi ilə olmuşdu. Bəs niyə bunu tutmadılar? O, mütləq tutulmalıdır”.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar