Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış

Münaqişəyə məhz “erkəklərin dişi uğrunda döyüşü” səbəb olub

General Məhərrəm Əliyevin yaxın qohumunun iştirakı ilə baş vermiş silahlı insident qız üstündə olub. Gənclər zərif cins nümayəndələrinə özlərini göstərmək məqsədilə odlu silahdan istifadə edib.

Bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Xatırladaq ki, nüfuzlu general-leytenantın qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanıb. Bu dəfə atışma Bakının mərkəzində, mayın 13-dən 14-nə keçən gecə Aşıq Molla Cümə küçəsi, üç nömrəli yaşayış binasının qarşısında baş verib.

27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub. Hadisə yerinə gələn polis əməkdaşları Əzizovu və Binnətəliyevi tələblərə əməl etməyə çağırıb. Tabe olmaq əvəzinə generalın qohumu asayiş keşikçilərinə bıçaqla müqavimət göstərib.

Nəticədə hər ikisi saxlanılıb, hadisə yerindən “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapança darağı, iki beşbarmaq, dəmir dəyənək və bir bıçaq tapılıb. Həmçinin, insidentin digər iştirakçıları, paytaxt sakinləri - 27 yaşlı Balayev Telman Nadir oğlu, Həmidov Rəcəb Telman oğlu və 29 yaşlı Məmmədəli Valid Fəxri oğlu saxlanılıb.

Saxlanılan şəxslər barəsində CM-nin 221 (xuliqanlıq), 228 (qanunsuz silah daşıma) və 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi açılıb.

Yayılan şayiələrə görə, İ.Əzizov və digər insident iştirakçıları şəhəri tərk etməmə barədə iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bundan əvvəl (2016-cı ilin yanvar ayında ) İ.Əzizov və dostları yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüklərinə görə, 30 gün müddətinə inzibati qaydada həbs olunmuşdu. Deyilənə görə, bu dəfə də o, yüngülvari tənbehlə canını qurtaracaq.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar