Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General-polkovnik: “Sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı tapşırıqların icrası yoxlanılır”

“Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılır. Bununla bağlı biz müvafiq ərazilərdə olur, görülən işlərlə maraqlanır, yerindəcə öyrənir, prosesin uğurla başa çatdırılması üçün fəaliyyətimizi davam etdiririk”.

PİA.az-ın məlumatına görə, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev REALTV.AZ-a müsahibəsində deyib.

“Biz bir neçə dəfə əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər etmişik. Bu ərazilərdə artıq bir sıra yeni hərbi hissələrin fəaliyyətə başlaması böyük əhəmiyyət kəsb edir. Onu da bildirim ki, bu səfərlər ardıcıllıq xarakter daşıyır”, - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri qeyd edib.

“Bu işlərin aparılmasında Prezidentin tövsiyələrindən irəli gələn məsələlərin qısa müddətdə həllini tapması daim diqqətdə saxlanılmaqdadır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri müvafiq qaydada həyata keçirilir. Eyni zamanda sərhəd-döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Ümumiyyətlə, mümkün təxribat cəhdlərinin qarşısının alınması istiqamətində görülən hər bir iş, həyata keçirilən hər bir tədbir bu gün ərazilərimizin mühafizəsində mühüm rol oynayır”, - M.Əliyev deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar