Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Hacızadə: “ABŞ Xamneyinin iqamətgahını vurmağa hazırlaşırdı...”

İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir -Əli Hacızadə ABŞ-ın bu ilin yanvar ayında ali dini lider ayətullah Əli Xameneyinin iqamətgahını vurmağa hazırlaşdığını deyib...

PİA.az “Azadlıq” radiosunun fars xidmətinə istinadən xəbər verir ki, general Hacızadə bu haqda İran dövlət televiziyasının birbaşa efirində çıxışı zamanı bildirib.

Bu il yanvarın 3-də ABŞ İran İnqilab Keşikçilərinin “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin Bağdadda dron zərbələri ilə öldürülməsinin ardınca Tvitter-dən bildirib ki, Tehran cavab verməyə cəhd etsə ABŞ İranın 52 obyektini, o cümlədən “mədəni dəyər” kəsb edən obyektlərini vuracaq.

Trampın həmin təhdidi ilə bağlı danışan general Əmir-Əli Hacızadə bildirib: “Onların bəhs etdiyi mədəni dəyərə malik obyekt Ali liderin iqamətgahı idi”. General əlavə edib ki, İran general Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı Amerika aviabazasına raket zərbələri endirərkən ABŞ-ın mümkün cavab zərbələrini nəzərə almışdı. “Biz inanırdıq ki, onlar cavab verəcək. Ona görə də əlavə olaraq ABŞ-ın 400-ə yaxın hədəfini müəyyənləşdirmişdik və onlara kütləvi zərbələr endirməyə hazır idik”,-general deyib.

İranın Ali dini lideri Tehranın mərkəzindəki yerləşən, publik çıxışlarını etdiyi dini zala və ofisə bitişik evdə yaşayır. Kompleksin ərazisində İran parlamentinin köhnə binası, milli təhlükəsizlik üzrə Ali Şura və prezidentin dəftərxanası da yerləşir. Kompleksin və Ali dini liderin təhlükəsizliyini İnqilab Keşikçilərinin xüsusi bölmələri təmin edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar