Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər orduya yazılmaq istəyir

"Bütün Azərbaycan xalqı, o cümlədən gənclər Sizin Təhlükəsizlik Şurasındakı çıxışınızdan sonra orduya yazılmaq istəklərini bildirirlər"...

"Report"un məlumatına görə, bu fikirləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov paytaxt gəncləri və idmançıları adından Azərbaycanın Prezidenti Ali Baş Komandan İlham Əliyevə müraciətində bildirib.

O, iyunun 12-də erməni silahlı birləşmələri tərəfindən Tovuz rayonu ilə sərhəd ərazilərdə növbəti dəfə atəşkəs rejimi pozularaq təxribata cəhd göstərildiyini xatırladıb: "Mənfur düşmənin bu təxribatı nəticəsində şəhid olan və yaralanan hərbçilərimiz var. Ölkədaxili nəzarəti itirmiş ermənistan hakimiyyəti təmas xəttində gərginlik yaratmaqla öz vətəndaşları üzərində basqı yaratmaq, səriştəsiz idarəetmə və bərbad beynəlxalq reytinqini ört - basdır etməyə çalışır. Düşmən bele təxribata 2016-cı ildə aprel ayında da əl atıb. Həmin döyüşlərdə Azərbaycan Ordusunun tutarlı cavabı nəticəsində ermənistan cəmiyyəti sarsıntı və təşviş içində idi. Aprel döyüşləri Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərib. Göstərdi ki, son illər ərzində Sizin tərəfinizdən ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində, ordumuzun gücü və döyüş potensialı yüksək səviyyədədir. Əminik ki, son təxribatdan sonra da müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunmuş Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri düşmənə layiqli cavab verib.

Cənab Ali Baş Komandan,

Biz bilirik ki, Sizin rəhbərliyiniz altında bütün torpaqlarımız azad olunacaq. İşğal altında olan bütün kənd, rayon, şəhərlərimizdə, Xankəndində, Şuşada, Laçında, Xocalıda qısa zamanda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanacaq.

Torpaqlarımızın bütövlüyü ugrunda canını fəda etmiş soydaşlarımıza, o cümlədən 12 iyunda şəhid olmuş hərbiçilərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, döyüşlərdə yaralanmış hərbiçilərimizə acil şəfa diləyirik.

Cənab Prezident, güclü Azərbaycan naminə biz Sizinləyik, Əmrinizi gözləyirik!".

pia.az 


Etiket: Ordu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar