Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Gəncəyə raket atılması ilə bağlı cinayət işi başlanıldı

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olmuş, onlarla şəxs şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən həlak olan və zərərçəkmiş şəxslərin, həmçinin mülki infrastruktur obyektlərinin, nəqliyyat vasitələrinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

pia.az 


Etiket: Gəncə


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Köçəryanın Moskvaya çağırılması Rusiyanın Paşinyana təzyiq elementlərindən biridir”

“İlk dəfədir Rusiya prezidentinin dilindən bu cür ifadə eşidirik” - Putinin Qarabağ açıqlamasına şərh

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - Video

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Ordumuza əsir düşən mayor erməni xalqına: “Uşaqlarınızı döyüşməyə buraxmayın” - Video

loading...

Ən çox oxunanalar