Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədəki qalmaqallı Körpələr evində uşaqlar döyülür? - İddia - Video

Gəncədə 2 saylı Körpələr evində azyaşlı uşaqların döyüldüyünə dair bir sıra məlumatlar yayılıb...

İddia edilir ki, sözügedən uşaq evində körpələrə nəzarət edilmir. Uşaqların işçilər tərəfindən döyüldüyü də iddialar arasındadır.

Körpələr evini ziyarət edən şəxslərdən biri həmin görüntüləri çəkib və sosial şəbəkələrdə paylaşıb.

Mövzu ilə əlaqədar Oxu.Az Körpələr evinin direktoru Lətifə Kərimova ilə əlaqə saxlayıb.

L.Kərimova əməkdaşımızla söhbətində yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

O bildirib ki, sözügedən video köhnədir və uşağın işçilər tərəfindən döyülməsi iddiası yalandır:

“Videodakı uşaq Bərdədən gətirilən iki uşaqdan biridir. Baxıcılar uşaqları nəzarətsiz qoymur. Sadəcə olaraq, uşaqlar öz aralarında oynayan zaman bir-birini itələyiblər. Nəticədə, uşaq yıxılıb, başı yerə dəyib.

Uşağın başına dərman vurub, bağlamışdıq ki, şişkinlik tez çəkilsin. İndi bu videonu vətəndaşlardan kim paylaşıb bilmirəm, amma uşağın döyülməsi ilə bağlı yayılan məlumatlar yanlışdır. Video isə yeni sayılmaz. Çünki hadisə bir müddət əvvəl baş verib”.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl Gəncədə 2 saylı Körpələr evi ilə bağlı başqa bir təəssüf doğuracaq görüntülər yayılmışdı. Həmin məlumatlarda iddia edilirdi ki, sözügedən körpələr evində uşaqları bir-birinə iplə bağlayırlar.

Səbəb isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırması deyilirdi. Bundan başqa, xeyirxah insanlar tərəfindən uşaq evinə verilən oyuncaqların, geyimlərin də uşaqlara verilmədiyi iddialar arasında olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar