Bazar, 05 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Gəncədə üç nəfərin öldüyü yanğının təfərrüatı məlum olub

Gəncədə ikisi azyaşlı olmaqla üç nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, səhər saatlarında şəhərin "Natavan-2" qəsəbəsində fərdi yaşayış evində yanğın olub. Hadisə zamanı evdə olan 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu və onun övladları - 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızı yanaraq dünyasını dəyişiblər.

İlkin ehtimallara görə, ev elektrik naqillərində yaranan qısaqapanma səbəbindən alışıb. Belə ki, evi isitmək üçün elektrik sobasından istifadə edildiyi və naqillərdə qısaqapanma yarandığı ehtimal olunur. B.Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir.

Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları əşyalarla birgə tamamilə yanıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq nazirlə general həbsdə, Fazil Məmmədov isə rahatca biznesini idarə edir

Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan öldü - Foto

Xocavənddə məhv edilən erməni görün kim imiş - İlginc detallar

Stokholmda nazirlər niyə görüşmədi? - Azərbaycan XİN Ermənistanı yeni təxribatda ittiham etdi  

Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən - Foto

ABŞ-ın mühasirəsi və Türkiyənin yeni iqtisadi mənzərəsi...

Prezidentə sui-qəsd cəhdi - Ərdoğanın mitinqində bombalı hücumun qarşısı son anda alınıb

Gəncəçayın sağ sahili hansı əsaslarla satılır? Niyazi Bayramov sələfinin yolunu gedir

Yaxın Şərqin nizamı və regional sabitliyin şərtləri

Ordumuzun sərrast zərbəsi: Düşmənin məhv edilən D-30 divizionu - Video

Sülhməramlılar Qarabağda ermənilərlə birlikdə üzüm bağı salır - Foto

Ən çox oxunanalar