Gəncədə yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
“VAZ 21015” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, qəza zamanı “KİA” markalı avtomobil yolun kənarı ilə gedən piyadanı vurub. Həmin şəxsin öldüyü bildirilir.
Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
pia.az