Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə büdcə talayan iki dost: Niyazi Bayramov tenderləri niyə eyni şirkətə verir? - Fakt

Son 2 ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən 10 tender müsabiqəsinin qalibi təsadüfə bax ki, bir şirkət olur: “Rövşən Oğuz Qrup” MMC. Bu barədə TİA.Az xəbər verir ki, şirkət son 2 ildə 66 milyonluq tenderin qalibi olub. Bu rəsmi olaraq satınalmalar saytında öz əksini tapıb.

Biri Gəncə Dövlət Dram teatrının binasının tikintisi üçündür, 8 il əvvəl təməli qoyulub. Digəri isə Gəncədə İdman Sarayının tikintisi üçündür, 4 ildir təməli qoyulub.

Şirkət Hafiz Carı oğlu Mustafayevin adına qeydiyyatdan keçib. Hafiz Mustafayev həm də “Afra Qrup” şirkətinin də sahibidir, Oğuzdakı Afra Hoteli də Hafiz müəllim işlədir, həmçinin tikinti şirkəti var, mebel və dizayn şirkəti var, “Qalakənd MMC” adlı şirkəti var. Hafiz müəllimin Oğuz rayonunun 11 illik icrabaşı, eks deputat Eyvaz Qurbanovla yaxın dost olduğu deyilir.

Eyvaz Qurbanov Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 14 ünvanında yaşayır. Hafiz Mustafayev də Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 12 ünvanında yaşayır. İki qonşu-dost baş-başa verib büdcəni talayırlar.

Gəncənin icra başçısı Niyazi Bayramov da buna şərait yaradır, göz yumur, tenderlərdə məhz tanışları, yaxın adamları dəfələrlə qalib müəyyən olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar