Gəncədə baş verən yol qəzasında ölən və xəsarət alanın kimliyi məlum olub...
Qəza nəticəsində 2004-cü il təvəllüdlü Şahin Hacıyev ölüb, 2003-cü il təvəllüdlü Hüseyn Yunisli isə xəsarət alıb.
***
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az