Gəncə şəhərində dəm qazından ölüm hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, ana Leyla Məmmədova iki uşağı - Murad Məmmədov və Xədicə Məmmədova ilə birgə hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
****
Gəncədə dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.
Musavat.com dünyasını dəyişən ana və uşaqların fotosunu təqdim edir:
pia.az