Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə bayraq yürüşü keçirilib  

Gəncədə bayraq yürüşü keçirilib...

"Report"un Qərb bürosunun məlumatına görə, yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Şəhərin Heydər Əliyev meydanına toplaşan şəhər ictimaiyyəti Bayraq meydanına yürüş edib. Yürüşdə N saylı hərbi hissənin əsgərləri tərəfindən uzunluğu 50, eni 4 metr olan Azərbaycan bayrağı hərbi orkestrin müşayiəti ilə Bayraq meydanına gətirilib. Həmçinin burada şeir və musiqi sədaları altında gənc şahinlərin təntənəli keçidi izlənilib.

Yürüş Bayraq meydanında təşkil olunan bayram tədbiri ilə davam edib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, habelə şəhər sakinləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, dövlət bayrağı ilə bağlı ilk qərar Gəncədə verilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il iyunun 21-də hökumətin qərarı ilə üstündə ağ səkkizguşəli ulduz və aypara təsviri olan qırmızı qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilib. 1918-ci ilin noyabrın 9-da isə Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında yeni qərar qəbul edilib. Qərarda deyilir: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”. Prezident İlham Əliyev 2009-cu ildə imzaladığı sərəncama əsasən hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Tədbir konsert proqramı ilə davam edib. Gəncə Musiqi Kollecinin xor kollektivi, Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının mahnı və rəqs kollektivi tədbir iştirakçıları qarşısında çıxış ediblər.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar