Gəncə şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...
Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Rüzgar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yüksək sürətlə hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1990-cı il təvəllüdlü Xəyalə Rüstəmovanı vurub. İdarəetməni itirən sürücü qadın piyadanın üstündən keçib. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Rüstəmova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(report)
pia.az