Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə zavodu hazır elektrobusları istehsal adı ilə təqdim edir? - Açıqlama

“E - 321” markalı elektrobusun yığılmasının Gəncədə həyata keçirilmədiyi haqda məlumatlarla bağlı xəbər vermişdik

Qeyd edilirdi ki, elektrobuslar hazır şəkildə Belarusdan Azərbaycana gətirilib və yerli istehsal kimi ictimaiyyətə təqdim olunub. Hətta həmin elektrobusun qatar vasitəsi ilə Gəncəyə gətirilməsini özündə əks etdirən fotolar da yayılıb.
Məsələ ilə bağlı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, həmin elektrobuslar ilkin mərhələ üçün gətirilib:

“Elektrobuslar təbii ki, bizdə yığılır, istehsal edilmir. Və bu, ilk, yəni eksperimental versiyadır. O fotolarda göründüyü kimi, avtobusların yalnız korpusları gətirilib. Bu korpuslar Azərbaycanda qaynaq olunmur, rənglənmir. Bizim sifarişimizlə bu işlər Belarusda görülür. Biz hazırda bu elektrobusların bazarını öyrənməyə çalışırıq. Təbii ki, bazar tam şəkildə Azərbaycanda formalaşandan sonra digər vacib yığım işlərinin hamısı zavodumuzda görüləcək”.

M.Rəhimov qeyd edib ki, elektrobusların ehtiyat hissələrinin 30-40 faizinin yerli istehsalı nəzərdə tutulub:

“Bu da onun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Amma çəkilənlər karkasın şəklidir. Ban da, ehtiyat hissələri də, mühərriklər də - bunlar hamısı dəmiryol vasitəsilə ölkəmizə gətirilir. Kimsə həmin zaman banın şəklini çəkib. Banın içərisində olan yığımların hamısı zavodun öz mütəxəssiləri tərəfindən həyata keçirilir. Bu gün prezidentin ölkəmizdə iqtisadiyyatın inkişafı ilə bağlı verdiyi göstərişlər bizim zavod tərəfindən də həyata keçirilir. Müəssəmizdə yığılan maşınların sayının artırılmasına çalışırıq. Elektrobusların enerji baxımından xeyri var. Şəhərlərarası istifadə üçün çox yararlıdır. Hesab edirəm ki, görülən işlərə bu səpkidə yanaşmaq düzgün deyil. Çünki bu gün Gəncə Avtomobil Zavodu Azərbaycanın avtomobil sahəsində ən böyük flaqmanlarından biridir. Biz artıq 10 mindən çox traktor istifadəyə vermişik. Elektrobuslarla bağlı bu, ilk addımdır. Məsələyə inkişaf prizmasından baxmaq lazımdır. Deyilənlərin hamısı həqiqəti əks etdirmir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar