Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə Tibb Kollecində özbaşınalıq...

Gəncə Tibb Kollecində hökm sürən rüşvətxorluq atmosferindən sıxılan bir qrup tələbə icra hakimi Niyazi Bayramova şikayətləniblər

Bu barədə iddia olunur ki, icra başçısı kollecdə olanda bəzi tələbələr narazılığını bildirib.

Kollecdə baş alıb gedən rüşvət atmosferi az-çox oxuyan tələbələri ruhdan salır.

Hətta bu günlərdə sözügedən kollecin “mamalıq” ixtisası üzrə oxuyan tələbələrindən birinin valideyni müraciət edərək, qarşılaşdıqları total rüşvət tələbindən söz açıb.

Valideyn bildirib ki, qızı illik 600 manat təhsil haqqı ilə ödənişli təhsil alır. Qış və yay semestrlərində 8 fənnin hər birinə görə tələbələrdən hərəyə 50 manat pul yığılır ki, bu da toplam hər semestr üçün 400 manat edir.

Hətta yaxşı oxuyanlar belə cəmi bircə çatışmayan baldan ötrü «kəsilməyəcəklərinə» əmin olmadıqları üçün pul verməyi düzgün seçim hesab edirlər.

İddialara görə, pul tələbələr sırasından təyin olunmuş şöbə müdiri Sevinc Daşdəmirova tərəfindən yığılır.

Sevinc Daşdəmirova özü ilə bağlı ittihamları təkzib etsə də, kollecdə baş verən hər şeyin məhz direktor Mehman Rzayevin nəzarəti ilə həyata keçirildiyini bildirib. Bir sözlə, kollec direktorunu çətin vəziyyətə salıb.

Cahan.info mediaya istinadla xəbər verir ki, Mehman Rzayevin gəlişindən sonra Gəncə Tibb Kollecində tələbələrin «təşəkkür»süz qiymət alması, semestrləri əlavə «ödəniş»siz yola verməsi xeyli çətinləşib.

Bu gün adıçəkilən təhsil ocağında müalicə işi, mamalıq işi, tibb bacısı işi və əczaçılıq ixtisasları üzrə kadrların hazırlandığını bildirilir.

Gəncə Tibb Kollecinin xarici görünüşü babat olsa da, daxildə heç də arzuolunan hallar cərəyan etmir. Deyilənlərə görə, Gəncə Tibb Kolleci gələcəyin tibb mütəxəssislərini yetişdirmək əvəzinə, onları tamam başqa ruhda tərbiyə edir, tələbələri indidən «təşəkkür»süz iş görməməyə sövq edir.

Bundan başqa, o da qeyd olunur ki, kollecin direktoru Mehman Rzayev hər bir sessiya üçün konkret «minnətdarlıq» cədvəli müəyyənləşdirib. Bildirilir ki, əgər hansısa tələbə həmin cədvələ uyğun hərəkət etməsə, o zaman imtahanlar zamanı onun işi xeyli çətinləşə bilər.

Bir sözlə, hazırda Mehman Rzayevin rəhbərlik etdiyi təhsil müəssisəsində biliyindən asılı olmayaraq hər bir tələbə irəli sürülən «şərt»lərlə razılaşmağa məcbur qalır. Məhz elə bu səbəbdən də kollecdə keçirilən imtahanlar formal xarakter daşıyır.

Bundan başqa, sözügedən təhsil ocağına büdcədən kifayət qədər vəsait ayrılsa da, kollecin direktoru Mehman Rzayev ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə şərait yaratmır.

Deyilənlərə görə, Mehman Rzayevin direktoru olduğu kollecdə dərsə davamiyyət normal deyil. Belə ki, tələbələr dərslərdə istədikləri vaxt iştirak edirlər, istədikləri vaxt iştirak etmirlər.

Tələbələrin dərslərdə iştirak etməməsi müəllimlərin də dərslərə iştirakına mənfi təsir göstərir. Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də alınmadı.

Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq. (azerinfo.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar