Gəncədə bıçaqlanma hadisəsi baş verib...
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan yaşayış massivində qeydə alınıb.
1993-cü il təvəllüdlü Salehli Şəhriyar Vüqar oğlu sağ bud nahiyəsin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az