Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun çəkilişi ilə bağlı görülmüş işlər müzakirə olunub

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən məqsədyönlü işlərdən biri də yol infrastrukturunun yenidən qurulması ilə bağlı atılan uğurlu addımlardır. Təqdirəlayiq haldır ki, yol infrastrukturu ilə bağlı həyata keçirilən tədbirlər təkcə paytaxtda deyil, respublikamızın bütün bölgələrində uğurla icra olunur.

Prezident İlham Əliyev beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini, həmçinin yeni 4 zolaqlı I texniki dərəcəli avtomobil yolunun tikintisi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb.

Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində mühəndis İsmixan Əhmədovun, iqtisadçı Surət Talıbzadə və “Akkord” STİK-nın Qazax Yol layihəsinin layihə rəhbəri Nizami Qaraisayevin iştirakı ilə yol çəkilişinin mövcud vəziyyətini müzakirə ediblər.
Rayon rəhbərliyinə görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, 4 zolaqlı yolun 48 km-i Qazax rayonu ərazisindən keçir. Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolağından ibarət yolun örtüyü asfaltbeton olacaq. Yol yatağının geyiminin qalınlığı ümumilikdə 72,5 sm, asfaltbeton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.

Yol boyu yeni torpaq yatağının tikintisi aparılaraq yekunlaşdırılıb. Layihə üzrə hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfaltbeton örtüyünün döşənməsi işləri də görülür.

Layihə çərçivəsində 24 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 82 yeraltı keçid, 44 düzbucaqlı su keçidi, 562 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək.

Qeyd olunub ki, layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.

Rayon rəhbərliyi bütün işlərin layihədə nəzərdə tutulduğu kimi yerinə yetirilməsini bildirərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

pia.az 


Etiket: Yol


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - Fotolar

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

Ən çox oxunanalar