Çərşənbə, 26 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

“Gəncə işi”nə görə tutulan şəxs Moskvadan Bakıya gətirilib – “Oğlum Yunus Səfərovu heç tanımırdı...”

“Gəncə işi”nə görə beynəlxalq axtarışa verildiyi və 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlandığı deyilən Müşfiq Qurbanovun Azərbaycana gətirildiyi və artıq Bakı İstintaq Təcridxanasına yerləşdirildiyi bildirilir...

Bu barədə “Azadlıq” radiosuna həmin şəxsin anası Ənisa Qurbanova məlumat verib.

Onun dediyinə görə, oğlu Müşfiq Qurbanov 2018-ci ilin iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. Anasının vurğulamasına görə, o, 2018-ci ildə baş vermiş Gəncə hadisələri zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və sair əməllərdə ittiham olunur.

Ənisə Qurbanovanın sözlərinə görə, oğlu işləmək üçün 2017-ci ilin fevralında Rusiyaya gedib. O qeyd edib ki, oğlunu 2018-ci ilin oktyabr ayında Moskvada yaşadığı evin qarşısında mülki geyimli polislər uşaqlarının gözü qarşısında saxlayıblar: "Sonra məlum olub ki, Gəncədə baş vermiş hadisələrə görə axtarışa verilib. O, Yunus Səfərovu tanımırdı heç, oğlumu niyə həbs ediblər?"

Ə.Qurbanova qeyd edib ki, Moskva təcridxanasında bir il üç ay saxlanan oğlu barəsində istintaq hərəkət aparılmayıb: "Məhkəmə əvvəl onun haqqında bir aylıq həbs qərarı verib. Sonra müddət daha beş ay artırılıb ki, bu müddətdə onun təhvil verilməsi üçün kifayət qədər sübutlar təqdim olunsun. Keçən ilin aprel ayında müddət bitib və Moskva məhkəməsi təqdim edilən sənədləri yetərli saymayıb. Lakin vəkil oğlumun həbsdən buraxılması barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib. Qərar verilib ki, saxlanma müddəti daha altı ay uzadılsın".

Ə.Qurbanova vurğulayıb ki, oğlunun Bakıya gətirilməsi barədə məlumatı olmayıb: "Heç bir məlumatım yox idi. Hər gün qorxurdum ki, gətirəcəklər, mənim də xəbərim olmaz. Belə də oldu. Yanvarın 17-də xəbər tutdum ki, Kürdəxanıya köçürülüb, lakin Bakıya nə vaxt gətirildiyi barədə heç bir məlumatım yoxdur".

Ə.Qurbanova həmçinin qeyd edib ki, oğlunun səhhətində ciddi problemlər var, psixi xəstəlik və epilepsiyadan müalicə alıb: "Bununla bağlı arayış və reseptlər var".

Ənisə Qurbanovanın bu dediklərinə, hələlik, RusiyaAzərbaycanın rəsmi qurumlarından, eləcə də Müşviq Qurbanovun özündən münasibət almaq mümkün olmayıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

ABŞ-a meydan oxuyan Çin iqtisadiyyatına niyə “virus düşdü”?..

İlham Əliyevdən Xocalı soyqırımı paylaşımı: “Ədalət zəfər çalacaq!” - Video

Siyavuş Novruzovdan həbs olunan icra başçısı ilə bağlı inanılmaz açıqlama

Maliyyə Nazirliyi ETSN-də yoxlama aparır: Muxtar Babayevin əmisi oğlunun başı dərdədir

İpoteka Fondunun rəhbərliyinə qarşı ağır ittihamlar

Elzadan növbəti "şedevr"-  Koronavirusa "şeir" yazdı

Masazırda qanlı olay: əvvəl döydülər,sonra güllələyib qəbristanlıqda basdırdılar

"Onu kim deyirsə,qələt edir" - Hafiz Hacıyev "koronavirus şaiyəsinə" aydınlıq gətirdi

Tramp Dərin dövlətə qarşı müharibəyə başlayıb...

Bulvarda intihar edən qızın ölümündə gizli pərdələr açılır

Həbs edilən İsmayıl Vəliyevin səlahiyyətlərini kim icra edəcək?

Müəllimi bulvarda intihar edən qız haqqında: “Qüruruna sığışdırmadı”

loading...

Ən çox oxunanalar