Cümə, 21 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Gənc namizəd Toğrul Vəliyev rəqibini debata çağırdı

Zaur Darabzadeh, debata gəl!

PIA.az xəbər verir ki, 23-cü Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Toğrul Vəliyev rəqibi Zaur Darabzadəni debata çağırıb. O, həm rəqibini hesabatsızlıqda, həm də qeyri-şəffaf olmaqla idarə etdiyi şirkətdə korrupsiya şübhəsi yaratmaqda günahlandırıb. Bu haqda Toğrul Vəliyev öz feysbuk səhifəsində yazır:

"Zaur Darabzadeh, debata gəl!

Əziz seçicilər, seçkinin ən vacib məqamlarından biri də debatdır. Hakimiyyət isə illərdir seçkiyə aid hər şeyi olduğu kimi, debat mədəniyyətini də öldürməyə çalışır. Biz gənclər bunu dəyişməliyik. Ona görə də mən hər yerdə özünü müstəqil-gənc namizəd kimi təqdim edən Zaur Darabzadəni debata çağırmaq qərarına gəldim. Zaur Darabzadəyə konkret sualım var.

Mənim seçki kampaniyamın, ümumiyyətlə, karyeramın əsas prinsipi şəffaflıq və hesabatlılıqdır. Ölkəmizin yalnız bu halda inkişaf edə biləcəyini düşünürəm.

Rəqibim - Zaur Darabzadənin biznesin inkişafı departamenti rəhbəri olduğu Cinema Plus isə tamamilə qeyri-şəffaf və hesabatlılıq olmadan çalışır. Bu şirkət hansı filmi nə qədər adamın izlədiyi barədə məlumatları yaymır. Biz bilmirik ki, hansı Azərbaycan filmi nə qədər auditoriya yığıb, hansı mənfəət əldə edib, hansı zərərlə üzləşib... Bu, birmənalı şəkildə korrupsiya şübhəsi yaradır.

Düşünürəm ki, çalışdığı şirkətdə şəffaflıq və hesabatlılığı təmin edə bilməyən biri kimi Zaur Darabzadə Milli Məclisdəki fəaliyyəti ilə bağlı da şəffaflıq və hesabatlılıq vədini verə bilməz. Mənim suallarım çoxdur. Ümid edirəm, rəqibim bu debat təklifini qəbul edər və biz qarşılıqlı anlaşma ilə vaxtı müəyyən edərik!

ZaurDarabzadəDebataGəl"

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar