Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Gənc icra başçısının dəbdəbəli villası – Foto

Azərbaycanda məmurların böyük əksəriyyətinin dəyəri on milyonlarla ölçülən biznesə, malikanələrə, obyektlərə sahib olması barədə yerli və beynəlxalq mediada dəfələrlə yazılıb. Aylıq məvacibləri 1500-2000 manat olan bu məmurların milyonluq sərvətləri dövlətdən aldıqları maaş hesabına əldə etmələri əlbəttə ki, mümkün deyil.

Maraqlıdır ki, dövlət başçısı tərəfindən vəzifəyə təyin edilən yeni icra başçılarının bəziləri sərvətə, dəbdəbəli villalara görə illərlə dövlət büdcəsini korrupsiya yolu ilə talan edib özlərinə, nəvə-nəticələrinə var-dövlət toplamış “köhnə qvardiya”dan heç də geri qalmırlar.

Qlobal.az-ın əldə etdiyi məlumata görə özünə yeni dəbdəbəli malikanə tikdirən məmurlarlardan biri də Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur.

Tahir Məmmədovun qısa zaman ərzində Şamaxı şəhərində inşa etdirdiyi villanın dəyərinin 300-400 min manat arasında olduğu deyilir.

Bu villanın 5 metrə yaxın hündürlüyü olan hasarına 30-40 min manat xərc çəkildiyi deyilir.

Şamaxı rayon icra Hakimiyyətinə 2018-ci ilin oktyabr ayından başçılıq edən Tahir Məmmədovun bu 3 il ərzində bu qədər sərvəti hansı yolla əldə etməsi ortaya bir sıra suallar çıxarır.

Qarşı tərəf xəbərə münasibət bildirə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Operatoru öldürən məşhur aktyordan ilk açıqlama

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Ən çox oxunanalar