Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənc icra başçısı baş redaktoru cərimələtdi

Neftçala Rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov Bizimxeber.az saytını 3000 manat cərimələdib.

Bu barədə saytın baş redaktoru Ədil Hüseynli məlumat verib. Onun sözlərinə görə, Mirhəsən Seyidov icra başçısı vəzifəsinə yeni təyin ediləndə barəsində tənqidi yazı verilib. “Sonradan icra hakimiyyətinə yaxın şəxslər zəng vuraraq yazıda qaldırılan problemin həllini tapacağını bildirdilər və materialın saytdan çıxarılmasını xahişl etdilər. Əks təqdirdə məhkəməyə verəcəklərini dedilər. Biz də hesab etdik ki, əgər problem həllini tapırsa o zaman qarşıdurmaya getməyək. Beləliklə, yazını çıxardıq. Amma bundan sonra icra hakimiyyəti bizi məhkəməyə verib, saytda olmayan yazıya görə 20 000 manat təzminat və təkzib tələb ediblər. Neftçala Rayon Məhkəməsi də saytımızı 3000 manat cərimələyib”, - deyə baş redaktor bildirib.

Ədil Hüseynli əlavə edib ki, icra başçısının bu addımı söz və mətbuat azadlığına qarşı çıxmaqdır: “Məqsədi bizi susdurmaq, rayonda baş verənlər barədə yazılmasının qarşısını almaqdır. Amma olmayacaq. Problem harda var, biz orda olacağıq. Eyni zamanda məhkəmənin ədalətsiz qərarını ləğv etdirmək üçün hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”. (Yenisabah)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar