Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin

Elnarə Abdullayevadan qalmaqallı sözlər...

Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan “Gündən-günə” proqramında işlətdiyi ifadələr izləyicilərin qınağına səbəb olub.

Sözügedən proqramda qonaq olan xanəndə cəmiyyətin həssas mövzularından birinə - gəlin, qayınana və qayınata məsələsinə toxunub.

Onun səsləndirdiyi iradlar yanında əyləşən digər qonaq, Xalq artisti Elmira İsmayılovanı hiddətləndirib.

“Əgər görürsən ki, sən qayınananın sözünü “yeyə” bilmirsən, qayınatanın sözünü həzm edə bilmirsən, övladım, götür, yığ şələ-küləni, çıx, get evdən”, - deyə Elnarə bildirib.

Əməkdar artistin bu çıxışı Xalq artistinin xoşuna gəlməyib.

E.İsmayılova üzünü E.Abdullayevaya tutaraq etirazını bildirib:

“Gəlin çıxıb hara getməlidir? O, axı ailə həyatı qurub, bu evə gəlin gəlib. Mən sənin bu fikirlərinlə razılaşmıram. Əgər bir qız bir ailəyə gəlin gəlibsə, evdəkilər ona nə desələr, başından vursalar da belə o susmalıdır? Bu, əsla belə olmamalıdır. Niyə susmalıdır?”

Elnarə isə Xalq artistinin iradına eyni fikirləri səsləndirməkdə davam edib:

“Qayınananın sözünü “yeyə” bilmirsənsə, gəlməmisən ki, ocağı (həyat yoldaşının evini – red.) dağıtmağa? Övladım, “yeyə” bilmirsənsə sözlərini, o zaman dur, çıx, get. Əgər gəlin bir damın altında qayınana və qayınatı ilə yaşayırsa, orda sözsüz ki, qayınana və qayınatanın sözü keçməlidir”.

Qalmaqallı dialoq sosial şəbəkədə müzakirə predmetinə çevrilib.

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın qatıldığı bir çox verlişlərdə səsləndirdiyi fikilər izləyicilər tərəfindən birmənalı qarşılanmır. Bir müddət öncə “oğlumu şou əhlindən olan qızla evləndirmərəm” sözləri də qalmaqala səbəb olmuşdu.

Şou nümayəndələrin əksəriyyəti Elnarə Abdullayevanın bu fikirlərinə etirazlarını bildirirək, incəsənət nümayəndəsinin bu cür ifadələrin yalnış olduğunu bildirmişdilər.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar